image-qanunla-reklam
image-makron-bricit

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi – ABŞ şokda…

image-lady-day-az

Fransa Prezidenti Emmanuel Makron və onun komandasının son qərarları strateji tərəfdaşlarının naharatlığına səbəb olub. ABŞ və digər Avropa ölkələri Fransa polisinin Yeni Kaledoniyada tökdüyü qanlara göz yumsalar da, Makronun Çin və Rusiya siyasətindən narahatlılqarını gizlətməyiblər. Deməli, Emmanuel Makron bir tərəfdən Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə çağırır, Ukraynaya ordu göndərməyə hazır olduğunu bildirir, o biri tərəfdən ABŞ və Böyük Britaniya qüvvələrinin Fransanın Normandiya sahillərinə daxil olmalarının 80 illiyinə həsr olunan yubiley törəninə Rusiya təmsilçilərini də dəvət edir.

Qanunla.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O xatırladıb ki, İkinci Dünya müharibəsində SSRİ şərq cəbhəsində nasist Almaniyası ilə savaşırdı:

“Yəni Makron ikinci cəbhənin açılması tədbirlərinə Rusiya nümayəndə heyətini dəvət etməyə də bilərdi. Rusiyanın bu tədbirə aidiyyəti yoxdur. Bunun özü göstərir ki, Makron ikili oynayır.

ABŞ-ın “Politiko” nəşrinə açıqlama verən ABŞ Administrasiyasının rəsmiləri Fransanın tədbirə Rusiyanı dəvət etməsini anlamadıqlarını bildiriblər. Oxşar açıqlama Böyük Britaniyanın hökumət mənbələrindən də yayımlanıb. ABŞ və Böyük Britaniya rəsmiləri Makronun ikili oyununu belə dəyərləndiriblər: “Görünür, Makron özünü münaqişənin üstündə görür və sülhməramlı olacağına ümidlidir”. Çin lideri Si Szinpinin Qərbi Avopa ölkələri arasında Fransaya səfərə üstünlük verməsi də Vaşinqton və Londonda ciddi suallar yaradıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki