image-qanunla-reklam
image-372279673_1352242879004937_8412440855558541895_n

Laçın ilk sakinlərini qarşıladı

image-lady-day-az

Laçın ilk sakinlərini qarşıladı

Dövlət başçısının Laçın rayonuna növbəti səfəri bir daha sübut etdi ki, Qarabağ regionunuda bütün aspektlər üzrə infrastrukturun qurulması tam surətlə davam etməkdədir. Strateji əhəmiyyətli Laçın rayonununda Şəhər infrastrukturunun yenidən qurulması, kəndlərin və qəsəbələrin yenidən salınması Dövlət başçısının öncəlikli siyasəti olduğunu bir daha gördük. Xatirinzdədirsə 15 iyun 2021-ci il tarixində iki qardaş ölkənin Prezidentləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Cənab Rəcəb Tayib Ərdoğan tərəfindən imzalanmış “Şuşa Bəyannaməsi”-nin vacibliyini qeyd etmək istərdim. 11-maddəlik bəyamnamənin bəndlərinə əsasən iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Milli iqtisadiyyatın, turizmin, nəqliyyat-komunikasiya əlaqələrinin, komunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın gücləndirilməsi və bu sahələrdə işlərin görülməsi Dövlət başçısının Laçına səfəri zamanı  bir sıra tədbirlərdə iştirakı zamanı bir daha özünü göstərdi.  Cənab İlham Əliyevin 26 avqust  “Laçın Şəhər Günü” Bayram tədbiri çıxışında regionda sülhün, əminamanlığın, barışın və təhlükəsizliyin qorunub saxlanılmasının vacibliyini bird aha qeyd etmişdir. Laçında bütün layihələr üzrə infrastrukturun qurulması və bərpası, Zabux kəndində görülmüş bərpa işlərinin eləcədə enerji komunikasiyyasının istifadəyə verilməsi  əlamətdar addım kimi qeyd etmək olar. Dövlət proqramına əsasən bölgədə bütün sahələr üzrə infrastrukturun qurularaq   abadlaşdırma işlərinin tam sürətlə aparılması Dünya ictimaiyyətinə bölgədə yalnız inkişafın və barışın çatdırılması məqsədi daşıyır. Yeni yollar salınması, yaşayış, təhsil, mədəniyyət, kommunal sahəsi, turizim, ictimai iaşə, Dövlət qrumları və digər ocaqların qurulması və bərpa edilməsi Dünya ictimaiyyətinə və bölgədə yaşayan erməni icmasına Dövlətimizin tolirant, multikultural dəyərlərə, sülhə və əminamanlığa önəm verməsi məsajıdır. Əhalinin Laçına geri qayıtması və məskunlaşması sevindirici məqamlardan biridir. Cənab Prezidentin Laçına səfərinin əsas məqsədlərindən biridə öz dogma yurd-yuvalarına qayıtmış Laçınlılarla görüş keçirmək və sakinlərin təsuratlarını bölüşmək idi. Cənab Prezident Bayram çıxışında siyasi məqamlarada toxunaraq 23 apreldə Laçında dövlət sərhəd buraxılış məntəqəsinin qurulmasının vacib məsələ olduğunu vurğulamışdır. Məntəqənin qurulması legitim hüquqlarımıza əsaslanaraq mühafizə işlərinin güclənməsinə böyük töhfə verəcəkdir. Bu gün doğurdanda qürurla qeyd etmək istərdim ki, bölgədə 30 il ərzində daşı-daş üstünə qoymayan, talayan və dağıdan ermənilər çiçəklənən, bərpa edilən, yenidən qurulan Qarabağı seyr edir.

Fərqimizdə burdadır. Erməni vandallığı sökür, talayır və dağıdır. Bizlərsə tikir, qurur və bərpa edirik.

 

Emil İmanov

Təmiz Qaz  Metrologiya şöbəsinin rəhbəri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki