image-qanunla-reklam
image-hemas

Kremlin Yaxın Şərq həmləsi: HƏMAS və FƏTH-lə…

image-lady-day-az

HƏMAS və FƏTH arasında danışıqların ev sahibi və vasitəçisi kimi Rusiyanın rolu xüsusilə diqqətəlayiqdir. Görünür, Moskva Yaxın Şərqdə təsirini genişləndirmək üçün Ukraynada qazandığı qələbələrdən istifadə edir.

Qanunla.Az xəbər verir ki, bu barədə “Yerusəlim Post” nəşri yazıb.

“Cümə axşamı günü planlaşdırılan bu toplantının əsas məqsədi vahid Fələstin hökumətinin yaradılması və Qəzzanın yenidən qurulmasını müzakirə etməkdir. Rusiyanın vasitəçi qismində cəlb olunması onun Yaxın Şərqdə, xüsusən də Ukraynada əldə etdiyi uğurlarından sonra təsirini gücləndirmək üçün artan ambisiyasını göstərir”, – məlumatda qeyd olunub.

Nəşr bildirib ki, Moskva bu görüşü regionda öz rolunu nümayiş etdirmək üçün əlverişli məqam hesab edir.

Qeyd edək ki, bu gün Moskvada HƏMAS FƏTH arasında görüş keçiriləcək. Görüşün martın 2-nə kimi davam edəcəyi bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki