image-qanunla-reklam
image-kon1-300x235

Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır

image-lady-day-az

Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır.

Son dövrlər Azərbaycanın dünya birliyindəki əlaqələri daha da genişlənir, mövqeyi möhkəmlənir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz bütün beynəlxalq qurumlarla əməkdaşlığa üstünlük verib. Azərbaycan Prezidenti İlham Əliyev 20 illik rəhbərliyi dövründə bu istiqamətdə uğurlu addımlar atıb. Məhz bu səbəbdən ötən illər ərzində Azərbaycan, demək olar ki, bütün beynəlxalq və regional qurumlarda təmsil olunur. Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlətimizin başçısının bütün səyləri regionun inkişafına, sabitliyin qorunub saxlanılmasına yönəlib.

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlığının bariz nümunəsidir. Qeyd edək ki, Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış “Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike” əsasında qurulmuşdur. Bu gün Azərbaycan ilə Konqo Respublikası arasında sosial-iqtisadi, hərbi siyasi, və digər sahələrdə diplomatik münasibətlər mövcuddur. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mövcud münasibətlərin bundan sonrakı dövrlərdə də mövcud olacağını göstərir. Belə ki, hər iki dövlətin prezidentləri tərəfindən “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” imzalanıbdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso çıxışlarında əməkdaşlıq haqqında imzalanan Bəyannamənin çox önəmli sənəd olduğunu bildirib və bunun əməkdaşlığı perspektivlərini müəyyən edəcəyini diqqətə çəkib: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. Bu gün həm təkbətək görüş əsnasında, həm də ki, heyətlərin iştirakı ilə görüşdə bir çox önəmli məsələlər müzakirə olundu, fikir birliyi ifadə edildi. Bizim siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir. “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”nun, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”nın, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”nun imzalanması bu və digər sahələrdə əməkdaşlığın şaxələndirilməsində mühüm sənədlərdir.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Tarixi səfər.

Aprelin 4-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri çərçivəsində Prezidentlərin keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatlarında da Azərbaycanın xarici siyasət uğurlarından, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğundan bəhs edildi. Dövlət başçısı İlham Əliyev ilk dəfədir Konqo Prezidentinin ölkəmizə səfər etdiyini önə çəkərək böyük əminliklə bildirdi ki, səfərin çox gözəl nəticələri olacaq. Qarşılıqlı səfərlərin əlaqələrin inkişafında mühüm faktor olduğu xüsusi qeyd edildi. Dövlət başçısı İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin hər biri  beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyimizə, ölkə Prezidenti İlham Əliyevin nüfuzuna işıq salır: “Konqo Prezidenti böyük sevinc hissi ilə vurğuladı ki, biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq. Həmçinin, o da qeyd edildi ki, Prezident İlham Əliyev Konqo ilə Azərbaycan arasında bütün sahələrdə gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi. Səfər çərçivəsində mühüm sənədlər imzalandı ki, onlardan biri iki ölkə arasında əməkdaşlıq haqqında Bəyannamədir. Cənab İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, imzalanan Bəyannamə çox önəmli və sanballı bir sənəddir. Bu sənəd ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcək. Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaq. Siyasi əlaqələrimizin bundan sonra uğurla inkişaf edəcəyinə heç kimdə şübhə yoxdur və bu gün imzalanmış əməkdaşlıq haqqında Bəyannamə bunu bir daha təsdiq edir.Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin əlaqələri ilk olaraq BMT-də və Qoşulmama Hərəkatında qarşılıqlı dəstəklərini xüsusi qeyd edilməlidir. Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə qurumun beynəlxalq nüfuzunun artması istiqamətində atdığı addımlar hər zaman Konqo tərəfindən böyük dəstək qazanıb. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılması qurumun hər bir üzvünün marağındadır. İki ölkə arasındakı əlaqələrin inkişafında iqtisadi amil xüsusi yer tutur. Hazırkı dövrün əsas çağırışının bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq Konqo Prezidenti Azərbaycanla bu sahədə əlaqələrin böyük perspektivi olduğunu, ölkəmizin zəngin təcrübəsindən istifadə etməkdə qərarlı olduqlarını diqqətə çatdırdı. Azərbaycanın bu il mötəbər tədbirə – COP29-a ev sahibliyi edəcəyi təqdir olundu və cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır, burada Konqo ilə ikitərəfli, eyni zamanda, çoxtərəfli formatda əməkdaşlıq etmək məqsədəmüvafiq ola bilər. Hər bir səfər, eyni zamanda, Azərbaycana beynəlxalq baxışın hansı səviyyədə olduğunu açıqlayır. Ölkəmizin uğurlu, düşünülmüş və məqsədyönlü siyasəti hər bir sahədə, xüsusilə xarici siyasətdə davamlı uğurlar qazanmasını şərtləndirir. Yerləşdiyi coğrafi məkana görə ölkələri, xalqları daim bir araya gətirən Azərbaycanın tarixi Zəfərindən sonra sözünün imzası qədər  dəyərli olması hər bir azərbaycanlını qürurlandırır.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində

Aprelin 4-də ölkəmizdə rəsmi səfərdə olan Konqo Prezidenti  Denu Sassu-Nqesson ilə cənab İlham Əliyevin keçirdiyi təkbətək, həmçinin geniş tərkibdə görüşlərdə, mətbuata birgə bəyanatlarında  iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar xüsusi olaraq diqqətə çatdırıldı. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, kənd təsərrüfatı, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Reallıq budur ki, Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. Bu, ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Təbii ki, hər bir sahədə inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması davamlı inkişafında əhəmiyyətli rola malikdir. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi ixracatçısı kimi şöhrət qazanır. Azərbaycanın çoxşaxəli xarici siyasətinin  dəyişməz prioritetləri yeni tərəfdaşlar, dostlar qazanmasında öz sözünü deyir. Ölkəmizə səfər edən bu və ya digər ölkələrin dövlət başçıları Azərbaycanın uğurlarından heyrətləndiklərini və onların əldə olunmasında cənab İlham Əliyevin liderliyini yüksək dəyərləndirirlər. Konqo Prezidenti «Biz Azərbaycan ilə Konqo arasında əlaqələrdə tarixi anlar yaşayırıq» söyləyərək onu da əlavə etdi ki, bu səfər ölkənin gözəlliyini, onun iqtisadi inkişafını, Bakı şəhərinin gözəlliyini görmək imkanı verdi. Konqo Respublikasının rəhbəri diqqətə çatdırıb ki,  Prezident İlham Əliyev Konqo ilə Azərbaycan arasında bütün sahələrdə bu gözəl əməkdaşlıq səhifəsini yaratmaq imkanını verdi: «Biz xüsusilə Qoşulmama Hərəkatındakı sədrliyi zamanı Prezidentin liderliyini alqışladıq. Həmçinin biz Azərbaycanın bu yaxınlarda digər ağır mübarizə sahəsində – iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu alqışlayırıq, çünki Azərbaycan COP29-a ev sahibliyi edəcək. Biz artıq ölkələrimiz arasında qurulmuş əlaqələri alqışlayırıq və Azərbaycanı COP29-a hazırlıq çərçivəsində də alqışlayırıq. Biz Azərbaycan rəsmilərini dəvət etdik ki, iqlim dəyişikliklərinə qarşı mübarizədə ölkəmizin yanında olsun.»  Denu Sassu- Nqesson cənab İlham Əliyev ilə keçirilən geniş tərkibdə görüşdə bildirdi ki, bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik.

Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki