image-qanunla-reklam
image-klaar

Klaar Azərbaycanın Ermənistan ərazisi ilə təhlükəsiz hərəkətin təmin edilməsi tələbini legitim sayır

image-lady-day-az

Azərbaycanın “Zəngəzur dəhlizi” yanaşması ekstraterritorial anlamına gəlmir.

Bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Armenpress”ə müsahibəsində bildirib.

Müsahibə zamanı erməni jurnalist Azərbaycanın regional kommunikasiyaların açılması kontekstində müntəzəm olaraq “Zəngəzur dəhlizi” ilə bağlı danışdığını və rəsmi Bakının bununla “Ermənistanın suveren ərazisi ilə ekstraterritorial dəhliz ideyası”nı nəzərdə tutduğunu deyib.

Tovio Klaar bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə aydın şəkildə “Zəngəzur dəhlizi” ifadəsinin hansı kontekstdə istifadə edildiyini izah edib:

“İlk növbədə, mən düşünürəm ki, Prezident Əliyev bir neçə ay öncə Moskvada Baş nazir Paşinyan və Prezident Putinin iştirakı ilə keçirilən görüşdə çox açıq şəkildə bildirdi ki, bunun “dəhliz” adlandırılması ekstrateritoriallıq anlamına gəlmir. Prezident Əliyev həmçinin, bir çox digər hallarda da bunun ekstrateritoriallıq anlamına gəlmədiyini deyib. Bildiyiniz kimi, biz Avropada müxtəlif dəhlizlərə istinad edərkən “nəqliyyat dəhlizləri” deyirik və heç vaxt ekstrateritoriallığı fikrimizdə tutmuruq”.

Toivo Klaar Azərbaycanın Ermənistan ərazisi ilə yüklərinin və vətəndaşlarının təhlükəsiz hərəkətinin təmin edilməsini istəməsinin legitim olduğunu vurğulayıb: “Həm də çox legitim olan, məsələn, bu halda Azərbaycanın Ermənistan ərazisindən keçən vətəndaşlarının və yüklərinin təhlükəsizliyinə əmin olmaq istəməsidir. Bu, tamamilə məntiqli və normaldır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki