image-qanunla-reklam
image-kamaleddin

Kəmaləddin Heydərov Amal Teymurovu vəzifəsindən azad etdi – FOTO

image-lady-day-az

Uzun illər Fövqaladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəis vəzifəsində çalışmış Amal Teymurov tutduğu vəzifəsindən azad olunub. Məlumata görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Maddi-Texniki Təchizat İdarəsinin rəisi, 1984-cü il təvəllüdlü Amal Kazım oğlu Teymurov işdən azad edilib.

Əldə etdiyimiz məlumata görə, rəisin vəzifəsindən azad edilməsinə səbəb Fövqaladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsində aparılan yoxlamalar olub. Belə ki, İdarə nazirliyin Mərkəzi Aparatının və tabeliyində olan qurumların maddi-texniki təchizatı, maddi-texniki vasitələrin saxlanılması və istismarında ciddi maliyyə pozuntularına yol verib.

Qeyd edək ki, KİV-də mütəmadi olaraq Amal Teymurovla bağlı qalmaqallı məlumatlar yayılır. O, Bilgəhdə milyonluq malikanəsi ilə gündəmə gəlmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki