image-qanunla-reklam
image-1713166416_screenshot-2024-04-15-113300

Jurnalisti öldürən şəxsi tapana pul mükafatı veriləcək

image-lady-day-az

Kolumbiyanın Şimali Santander inzibati bölgəsində bir jurnalist silahla hücuma məruz qalaraq ölüb. 

Qanunla.Az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist Jaime Vaski Cucuta şəhərində bazarda alış-veriş edərkən silahla hücuma məruz qalıb. Çox sayda güllə yarası alan jurnalist xəstəxanaya aparılsa da,  onun həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücumda vətəndaşlardan birinin də yaralandığı qeyd edilib. Təhlükəsizlik qüvvələri hadisəni törədən şəxslərin axtarışlarına başlayıb.Şimali Santander Qubernatorluğu şübhəlinin yerini tapmağa kömək edənlərə 13 min dollar mükafat veriləcəyini açıqlayıb.

Kolumbiya prezidenti Qustavo Petro Vaskinin ölümündən kədərləndiklərini ifadə edərək, “Prokurorluqdan hərtərəfli araşdırma istəyirik. Onun yeganə günahı korrupsiya iddialarını bildirmək idi”, – deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki