image-qanunla-reklam
image-irevan-yeni-2

İrəvan KTMT-nin “Krokus”la bağlı bəyanatını rədd etdi

image-lady-day-az

Ermənistan KTMT Parlament Assambleyasının “Krokus Siti Holl”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb.

Qanunla.Az xəbər verir ki, bunu Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan deyib.

“Ermənistan KTMT üzvlüyünü dondurub. KTMT Ermənistan tərəfinə təklif etdi, biz onu rədd etdik”, – Qulyan bildirib.

Qeyd edək ki, KTMT-yə üzv ölkələrin parlament nümayəndə heyətləri birgə bəyanat yayaraq, “Krokus Siti Holl”da törədilən terror aktını pisləyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki