image-qanunla-reklam
image-1712658573_nocomment_9f86bace842667f61d15109e3212f377_26notqhxepb8jswr9y5c

“İranla müharibə istəmirik, amma…” – İsrailli nazir

image-lady-day-az

“Nə İran, nə də Livanla müharibə istəmirik, lakin birbaşa hücumlar olacağı təqdirdə hərbi əməliyyatlara əl atmağa məcburuq”. 

Qanunla.Az xəbər verir ki, bunu İtaliyada səfərdə olan İsrailin xarici işlər naziri İsrael Katz deyiv.

Katz hesab edir ki, Qərb İranın yaratdığı təhlükədən kifayət qədər xəbərdar deyil. Nazir bildirib ki, indiyə qədər İsrailin Livandan, Qolan və Eylatdan Hizbullah və Husilərin raket atışlarına cavabı “möhkəm olub”.

“Ancaq məsələn, Dəməşqin qisası kimi raketlər Livandan Təl-Əvivə uçarsa, İsrail öz təyyarələrini və hətta əsgərlərini göndərəcək. Hizbullah raketlərinə görə minlərlə israillini qovmağa məcburuq. Əgər onlar (Hizbullah döyüşçüləri) BMT-nin 1701 saylı qətnaməsində nəzərdə tutulduğu kimi Litani çayından kənara çəkilməsələr, biz Beyrutla müharibəyə başlamaq məcburiyyətində qalacağıq. Biz bunu istəmirik, ABŞ, Fransa, İtaliya və bu zonada qoşunları olan digər dövlətlərin köməyi ilə danışıqlar yolu ilə getməyə üstünlük veririk”, – Katz bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki