image-qanunla-reklam
image-1697865864-1697863499_yyy

İran Ermənistanı “3+3” formatında danışıqlara dəvət EDİB

image-lady-day-az

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İran tərəfindən “3+3” formatında danışıqlarda iştirak etmək üçün dəvət alıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüşün Tehranda keçirilməsi planlaşdırılır.

“Hazırda iranlı tərəfdaşlarla görüşün təfərrüatları dəqiqləşdirilir. Yekun qərar qəbul edildikdən sonra bu barədə məlumat veriləcək”, – Kostanyan bildirib.

Bundan əvvəl Azərbaycan mətbuatı diplomatik mənbəyə istinadən Ermənistan, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin “3+3” formatında görüşünün keçirilə biləcəyi barədə məlumat yayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki