image-qanunla-reklam
image-vestminesterskiy_most_london

İran diplomatı Britaniya XİN-ə çağırıldı

image-lady-day-az

İranın Londondakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Mehdi Hüseyni Mətin Böyük Britaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Britaniya XİN-in məlumatında deyilir.

“Xarici işlər naziri David Kemeron bu gün İran səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb. Böyük Britaniya İranın İsrailə birbaşa və görünməmiş hücumunu, İordaniya və İraqın hava məkanını pozmasını qəti şəkildə pisləyir. Böyük gərginlik dövründə Yaxın Şərq üçün bu, İran tərəfindən son dərəcə təhlükəli və lazımsız eskalasiya idi”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan öncə İranın İordaniya, Niderland və Fransadakı diplomatları da XİN-ə çağırılmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki