image-qanunla-reklam
image-1693203946-1683188417_biznes-1

İnvestisiya şirkətinin vəzifəli şəxsi cərimələnib

image-lady-day-az

Azərbaycan Mərkəzi Bankı (AMB) apardığı cari nəzarət prosesləri çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsini cərimələyib.

“Qanunla.az” xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.

Bildirilib ki, həmin şəxs “Qiymətli kağızlar bazarı haqqında Qanun”un 33.1-ci, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 3.4-cü, 3.5-ci, 14.3-cü, 3.11-ci, 12.1-ci, 19.3.4-cü, 19.3.8-ci, 19.3.9-cu, 19.4.9-cu, 5.3-cü və 5.5-ci bəndlərinin, “Marja ticarəti Qaydası”nın 3.6-cı, 6.5-ci və 8.2-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 414-cü və 416.0.1-ci maddələrinə müvafiq olaraq ümumilikdə 6200 manat məbləğində cərimə edilib.

“Sözügedən nöqsan və çatışmazlıqların investisiya şirkətinin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib”, – deyə məlumatda qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki