image-qanunla-reklam
image-1705652166_interpol

İnterpolun axtarıdığı azərbaycanlı Türkiyədə SAXLANILDI

image-lady-day-az

Türkiyənin 13 əyalətində “Kafes-31” əməliyyatı çərçivəsində 12 ölkə tərəfindən İnterpolun qırmızı bülleteni ilə axtarışda olan 42 şübhəli saxlanılıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında açıqlama yayıb.

Əməliyyatın davam etdiyini bildirən Yerlikaya, “Hansı ölçüdə olurlarsa olsunlar, nə bülleten adlandırırlarsa çağırsınlar, xalqımızın dincliyini pozan beynəlxalq mütəşəkkil cinayət təşkilatlarına, zəhər tacirlərinə nəfəs almasına icazə verməyəcəyik”,-  deyib.

Nazir saxlanılan şəxslərin Almaniya, Azərbaycan, Bosniya və Herseqovina, İran, İsveç, Finlandiya, Qazaxıstan, Qırğızıstan, Misir, Rusiya, Türkmənistan tərəfindən axtarışda olduğunu açıqlayıb.

Məlumata görə, saxlanılanlar mütəşəkkil cinayətkar qrupa üzvlüyü, qanunsuz silah ticarəti, narkotik ticarəti, qəsdən adam öldürmə, immiqrant qaçaqmalçılığı, ixtisaslı və maliyyə fırıldaqçılığı, soyğunçuluq və oğurluq, rəsmi sənədləri saxtalaşdırma və vergidən yayınma ilə bağlı axtarışda idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki