image-qanunla-reklam
image-003

İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi

image-lady-day-az

İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi.

Qarabağ problemi ilə baglı nə mümkün idisə, onları edən Heydər Əliyev müstəqil Azərbay­can dövlətinin qurucusu kimi tarixə düşdü.. Amma onu da etiraf etmək lazımdır ki, Qarabağ məsələsində ermənilərin müdafiəçilə­ri çoxluq təşkil edirdilər. Dünya Azər­baycanın haqq işini qulaqardına vurur, özünü yazıq və məzlum xalq elan edən ermənilərin göz yaşlarına inanır, onla­rın təcavüzünə haqq qazandırırdılar. Ümummilli lider Azərbaycan xalqını inandırırdı ki, Qarabağ azad olunacaq və Azərbaycanın üçrəngli bayrağı bu bölgədə şərəflə dalğalanacaq. Ümummilli lider 2003-cü ilin prezi­dent seçkilərində Qarabağı Azərbay­cana qaytara bilən şəxsin namizədliyi­ni irəli sürdü. Azərbaycan xalqı Heydər Əliyevin irəli sürdüyü namizədi böyük səs çoxluğu ilə prezident seçdi.  Beləliklə, Qarabağ uğrunda Pre­zident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqının mücadiləsi baş­landı. Prezident İlham Əliyev bütün Azərbaycan xalqının Prezidenti ola bildi, xalq və iqtidar birliyini təmin etdi, Qarabağ probleminin tarixini və hüquqi əsaslarını dünyaya çatdırdı, güclü iqtisadiyyatın yaradılmasına nail oldu, özünün dediyi kimi, “hakimiyyə­tim dövründə əsgərimdən bir gün belə ayrılmadım.” Bəli, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının taleyində və ta­rixində ölüm-dirim savaşı idi. Ali Baş Komandan xalqını əmin etdi ki, onun dünyaya gətirdiyi, tərbiyə etdiyi əsgər heç vaxt məğlub ola bilməz.Ali Baş Komandan Azərbaycanın haqq işinə mane olan və təhdid edən dövlətləri yerində oturtmağı bacardı. Ali Baş Ko­mandan hər gün işğaldan azad olunan kənd və şəhərlərlə bağlı ilk xəbəri özü elan edirdi. Azərbaycan təqribən 30 il­dən sonra Qarabağla bağlı xoş xəbər­lər və qələbə sevincini yaşadı. Vətən müharibəsində erməni ordusu ilə bağlı bütün miflər ifşa olundu, ermənilə­rin havadarları hədə-qorxuları ilə heç nəyə nail ola bilmədilər. Çünki 44 gün­lük Vətən müharibəsinin Qəhrəmanı öz fitri istedadı, qətiyyəti, cəsur, mərd və vətənsevərliyi ilə hamını heyran etdi. Torpaqlarının azad olunmasını həsrətlə gözləyən xalqını inandırdı ki, ümummilli lider Heydər Əliyevin yolu haqq yoludur. Bu yol hamını birləşdir­di. Birləşən və İlham Əliyevə səs verən xalqın torpağı işğal altında qala bilməz və qalmadı. 2023-cü ilin sentyabrında Azərbay­can öz tarixində ilk dəfə bütövləşdi, dövlətimizin suverenliyi bərpa olundu, üçrəngli bayrağımız bütün ərazilərimiz­də dalğalanmağa başladı. 100 il əvvəl Azərbaycan xalqının iradəsinin əley­hinə yaradılan muxtar qurum 2023-cü ildə tarixdən birdəfəlik silindi. Azərbay­canın dövlət başçısının dediyi kimi, Qarabağ Azərbaycandır! 2023-cü il ümummilli lider Heydər Əliyev ilidir. Heydər Əliyevin 100 illik yubileyinə ən böyük hədiyyə Qaraba­ğın azad olunması və Azərbaycanın bütövləşməsi ola bilərdi. Bəli, Azər­baycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev müstəqil Azərbaycan dövlətinin quru­cusu Heydər Əliyevin ruhunu belə şad edə bilərdi və şad etdi. Müzəffər Ali Baş Komandan Azərbaycan tarixinə Qara­bağın fatehi kimi daxil oldu. Uğurunuz mübarək, müzəffər Ali Baş Komandan! İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi oldu.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir.

Azərbaycan xalqı ermənilərin tarixən başımıza gətirdikləri faciələri, o cümlədən Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq. Dövlətimizin başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra Ermənistana təklif olunan sülh müqaviləsindən bəhs edərkən daim bu məqamı xüsusi qeyd edir ki, yaşadığımız faciələri, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi heç zaman unutmarıq. Çoxəsrlik tariximizin hər bir səhifəsini indiki və gələcək nəsillərə çatdırmalıyıq. Yaşadığımız faciələri hər an xatırlamalıyıq. İnformasiya cəbhəsində mübarizəmizi davam etdirməli, erməni vəhşiliklərini əsaslı və davamlı şəkildə dünya ictimaiyyətinə çatdırmalıyıq. Xocalı faciəsi erməni vəhşiliyinin ən dəhşətli nümunəsidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törətdi. Zaman-zaman erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə ardıcıl şəkildə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə siyasəti aparıblar. Xocalı soyqırımı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, misli görünməmiş qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın üzərinə düşür. “Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” söyləyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis Xocalı soyqırımı günü haqqında qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Xocalı faciəsi zamanı dinc əhaliyə amansızlıqla divan tutuldu, 613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insanlar idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülüb, insanlar diri-diri yandırılıb, onlara ağlasığmaz işgəncələr verilib. Hər zaman bu gerçəklik xatırladılır ki, bir cinayətin cəzasız qalması digər cinayətlərin törədilməsinə rəvac verir. Dünya gücləri zamanında işğalçı dövlətə “dur!” desəydilər, bu faciələr yaşanmazdı. Azərbaycan 30 il haqq səsini dünyaya çatdırdı. Lakin əfsuslar olsun ki, ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən bəzi dünya gücləri bunları görməzdən və eşitməzdən gəldilər. Ən çox təəssüf doğuran hal budur ki, bəzi ölkələr ikili standartlara əsaslanan siyasətlərini bu gün də davam etdirirlər. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində ardıcıl iş həyata keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan sistemli iş soyqırımın dünyada tanıdılmasında müstəsna rol oynayır. Həyata keçirilən bu siyasətin nəticəsidir ki, artıq bir çox ölkələr bu soyqırımı tanıyıblar. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən insanlığa qarşı törədilmiş qətliamla bağlı müvafiq qətnamələr qəbul edilib. Xocalı faciəsi soyqırımı kimi ABŞ-nin 30-dan çox ştatında tanınıb.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi

 

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurur. Azərbaycan torpaqlarının işğaldan azad olunması tarixi hadisə və yeni inkişaf dövrünün başlanğıcıdır. Şübhəsiz ki, qazanılan qələbə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Bu ədalətli mübarizədə əldə edilən zəfər xalqımızın Qarabağ yarasına məlhəm oldu. Azad olunan ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı yenidən dalğalanır. Hazırda həmin torpaqlarda misilsiz quruculuq işləri həyata keçirilir. Sevindirici haldır ki, əldə etdiyimiz zəfər nəticəsində keçmiş məcburi köçkün vətəndaşlar tezliklə öz doğma yurd-yuvalarına qayıdacaq. Xalqımız və dövlətimiz bu uğurlara siyasi və hərbi bacarığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyi sayəsində, həmçinin ordumuzun əzmi və qəhrəmanlığı ilə imza ata bilib. Azərbaycan Ordusu xalqımızın və dövlətimizin qürur mənbəyidir. Azərbaycan bu zəfəri ilə sübut etdi ki, onun ərazi bütövlüyü uğrunda qəhrəmanlıq, fədakarlıq göstərməyə, düşməni məhv etməyə qadir olan övladları var. Düşmən üzərində mütləq qalibiyyət qazanan rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgərləri döyüşlərdə böyük şücaət göstərib. Hər bir əsgərimiz öz qanı-canı bahasına şəhidlərimizin qisasını alıb, torpaqlarımızın işğaldan azad edilməsinə nail olub. Vətən üçün döyüşlərdə şəhidlik zirvəsinə ucalan və sağlamlığını itirən oğullarımız var. Dərslərində Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlər də 30 ildən sonra Vətən müharibəsində öz keçmiş şagirdləri ilə çiyin-çiyinə döyüşərək şanlı zəfərin qazanılmasında iştirak edib, vətənpərvərlik nümunəsi göstəriblər. Azərbaycan xalqı hər bir əsgərin, hər bir qazinin, Milli qəhrəmanların və Vətən müharibəsi qəhrəmanlarının əməyini yüksək dəyərləndirir, şəhidlərin xatirəsini hər zaman uca tutur, onları hörmətlə anır. Dövlətimiz tərəfindən qazilər və şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunur. Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının daha da yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşadı. İndi bütün dünya güclü Azərbaycan Ordusunun qüdrətindən, yenilməz Azərbaycan əsgərindən, şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından danışır. Hər birimiz Vətənin bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş igid övladların müqəddəs xatirəsini ehtiramla anırıq. Uca Tanrıdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik.

Ehtiram Osmanov   Zərdab rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki