image-qanunla-reklam
image-1708979192_indir-6

“HƏMAS-ı İsrail qurub və maliyyələşdirib” – Borrell

image-lady-day-az

“HƏMAS-ı quran və maliyyələşdirən İsraildir”.

Qanunla.Az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell deyib.

Diplomat İspaniyanın Next Educacion Universitetindəki çıxışında İsrailə qarşı tənqidlərinə davam edib: “Mən demirəm ki, İsrail çeklər göndərməklə HƏMAS-ı maliyyələşdirir, lakin bu, HƏMAS-ın inkişafına şərait yaradıb”.

Borrell çıxışı zamanı Fələstin dövlətinin tanındığı iki dövlətli həll təklifini təkrarlayıb və İsraili buna qarşı çıxdıqlarına, eyni zamanda heç bir həll yolu irəli sürmədiyinə görə tənqid edib: “30 ildir bu həllin mümkünlüyünə mane olan Netanyahu hökumətindən başqa, hamı bu məsələdə həmfikir kimi görünür. İsrail istəmədiyini deyir, amma istədiyini demir. Onların həlli nədir? Bununla belə, daha yaxşı alternativlər var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki