image-qanunla-reklam
image-pashinyan-xamenei

Generaldan İrana xəbərdarlıq: İrəvana ötürülən silahlar…

image-lady-day-az

Fransa addım-addım Ermənistanı müharibəyə hazırlayır. Cənubi Qafqazda sülh və sabitliyə ən böyük təhdid Fransadır.

Bu sözləri Axar.az-a Fransanın Ermənistanı hərbi peykləri vasitəsilə kəşfiyyat məlumatları ilə təmin etməyi üzərinə götürməsi haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

Karauz Fransanın belə addımlarla tamamilə bölgəni qarışdırmaq və burada söz sahibinə çevrilmək istədiyini qeyd edib:

“Ötən ilin oktyabr ayında Paris və İrəvan arasında hərbi əməkdaşlıq müqaviləsi imzalanıb. Ermənistan sürətlə silahlandırılır. Xüsusilə HHM sistemləri, radarlar, zirehli texnika verilməsinə diqqət yetirilir. Bunlar əksər hallarda Qara dəniz və Gürcüstan, bəzən isə İran üzərindən İrəvana göndərir. Paşinyanın son Paris, Lekornunun İrəvan səfəri ilə hərbi əməkdaşlıq daha da dərinləşdirildi. Yaxın vaxtlarda Fransanın Ermənistanda hərbi bazasını açması gözlənilir. Fransanın rabitə, kəşfiyyat, müşahidə apara bilən çoxlu hərbi peykləri var. Burada ən çox diqqətçəkən məqam Fransanın İran, Azərbaycan, Türkiyə və Rusiya haqqında və xüsusilə sərhəd ərazilərində hərbi hərəkətlənmələr ilə bağlı peyk məlumatlarını Ermənistana ötürməyi öz üzərinə götürməsidir. Yəni rəsmi Paris İrəvana yardım pərdəsi altında bölgəni qarışdırmaq istəyir. Əlbəttə ki, bu, odla oynamaqdır və çox təhlükəlidir. Bu, Ermənistana sülh və sabitlik, əmin-amanlıq gətirməyəcək, əksinə, onu Fransanın müstəmləkəsi edəcək”.

General Ermənistanın yeni müharibə cəhdinə cavabın çox kəskin olacağını vurğulayıb:

“Fransa və Hindistan kimi ölkələr Ermənistanı əsasən İran üzərindən silahlandırırlar. Yəni Tehran İrəvana göndərilən silahların bir gün ona qarşı tuşlanacağını bilməlidir. Ermənistanı silahlandırmaq və öz təhlükəsizlik maraqlarını Türkiyə ilə Rusiyadan ayrı tutmaq vasitəsilə bölgədə sabitliyi təmin etmək mümkün deyil. Ermənistan isə Fransaya bel bağlayıb Türkiyə və Azərbaycana qarşı addımlardan çəkinməlidir. Ankara və Bakı arasında imzalanan Şuşa Bəyannaməsi sadəcə kağız üzərində yazılan bir sənəd deyil. Fransa və digərlərinin fitnəsi ilə bizə qarşı hansısa hərbi hərəkətlənmə olsa, əllərindəki kəşfiyyat məlumatlarından istifadə etməyə bir an belə imkanları olmayacaq. Bunu unutmamalıdırlar”.

Qeyd edək ki, Paşinyanın Parisə səfərindən sonra Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ilə Ermənistan kəşfiyyatı arasında Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub. Fransa Ermənistana xüsusilə sərhədlər boyunca mövcud hərbi vəziyyətlə bağlı peyk məlumatlarını göndərməyi üzərinə götürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki