image-qanunla-reklam
image-1712322953-4-pic_32ratio_900x600-900x600-15049

“Fransa NATO-dan çıxmalıdır” – Fransalı siyasətçi

image-lady-day-az

“Fransa mümkün qədər tez NATO-dan çıxmalıdır”. 

Qanunla.Az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.

Onun sözlərinə görə, getdikcə NATO-da qalmaq son dərəcə təhlükəli olur.

Partiya lideri ABŞ-nin dövlət katibi Entoni Blinkenin Ukraynanın alyansa üzv olması ehtimalı ilə bağlı sözlərinə belə cavab verib: “Dəli və çox təhlükəli Amerika bəyanatı! <…> Gəlin özümüzü bu tələdən mümkün qədər tez qurtaraq, NATO-nu tərk edək və sülhü bərqərar edək”.

Siyasətçinin fikrincə, ABŞ-nin hərəkətləri dünyanı Üçüncü Dünya Müharibəsinə yaxınlaşdırır, onun ilk qurbanları Avropa ölkələri, o cümlədən Fransa olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki