image-qanunla-reklam
image-440796493_991240942355684_4986132592251860086_n

Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

image-lady-day-az

Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub.

Cənab Prezident İlham Əliyev cari ilin 1 may tarixində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında qeyd etmişdir ki, “Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri  tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub”.

Həqiqətən mədəni müxtəlifliklərin fərqində olan, bu fərqliliklərə hörmət göstərən və mədəni müxtəlifliyi qarşılıqlı anlaşma yolu ilə üstünlüyə çevirə bilən ölkələrin müvəffəqiyyət əldə etdiyi görünür. Multikultural cəmiyyətlərdə rəvan inkişaf halları yaşanır və dövlətin beynəlxalq aləmdə təhlükəsizliyi yüksək səviyyədə təmin oluna bilir. Çoxmədəniyyətli mərkəzə çevrilmə mədəniyyətlərin qarşılıqlı şəkildə qovuşmasına və hər bir mədəniyyət tərəfindən islah olunmasına səbəb olur. Mədəniyyətlərin qarışması zamanı xalqların nümayəndələri müsbət dəyərləri, üstün cəhətləri qəbul etməklə, əksər hallarda öz mədəniyyət stereotiplərindən azad olur və islah olunurlar. Burada fərqli dinlərdən insanlar paylaşdıqları ortaq bir ictimai mühitdə plüralizm anlayışı içində həyatın ortaq istiqamətlərini və ya ədalət, sülh, insan hüquqları kimi cəmiyyətin ciddi məsələlərini birlikdə həll etmənin yollarını axtara bilirlər. Bu cür görüşlər sayəsində mədəniyyətlər arasındakı qarşılıqlı xidmətin yayılması və müsbət niyyət və səmimiyyət alış verişinin artması səbəbilə həyatın insani istiqamətləri ortaya çıxır.

Cənab Pre­zi­den­tin de­di­yi ki­mi, ” Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir”.

Cənab Pre­zi­dentin çıxışları onun stra­te­ji möv­qe­yi­ni də­qiq nü­ma­yiş et­di­rir. Hə­min möv­qe­yə gö­rə, çox zən­gin ta­ri­xi və mə­də­ni ir­si, di­ni və so­si­al to­le­rantlıq ənə­nə­lə­ri olan Azər­bay­can ha­zır­da mə­də­niy­yət­lə­ra­ra­sı di­a­loq, dün­ya mə­də­niy­yə­ti və si­vi­li­za­si­ya­la­rı­nın qar­şı­lıq­lı tə­si­ri mə­ka­nı­na uğur­la transfor­ma­si­ya olu­nur, özü­nün zən­gin təc­rü­bə­si­ni dün­ya ic­ti­ma­iy­yə­ti­nə tək­lif edir.

Səliqə İsmayılova – Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktor müavini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki