image-qanunla-reklam
image-1691433262-6458f342af58f6458f342af59016835510426458f342af58a6458f342af58d

Əsirlikdə olan Aqşinin YENİ VİDEOSU

image-lady-day-az

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Bəbirov Aqşin Qabil oğlu ailəsi ilə əlaqə saxlayıb.

“Qanunla.az”ın məlumatına görə, videozəng Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə baş tutub.

Telefon danışığı zamanı A.Bəbirov yaxşı olduğunu deyib.

“Hər şey qaydasındadır. Gələcəyəm. Ana, sən ağlasan, mən burada narahat oluram. Mən yaxşıyam, narahat olmayın”, – deyə əsir hərbçimiz bildirib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs edilib. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki