image-qanunla-reklam
image-1700721196-1676278370_ktmt

“Ermənistan bu vaxta qədər KTMT-də iştirakını dondurub” – Nazir

image-lady-day-az

Ermənistan tərəfi qaldırdığı məsələlərə cavab alınmayana qədər KTMT-də iştirakını müəyyən qədər dondurub. 

Qanunla.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.

Mirzoyan Xarici Əlaqələr Komitəsinin iclasında bildirib ki, KTMT tərəfdaşların Cənubi Qafqazda öz məsuliyyət sahəsini necə təsəvvür etdikləri Ermənistan üçün hələ də aydın deyil: “Bilirsiniz, bu, iştirakçı dövlətlərin bir-birinə qarşılıqlı yardım göstərmək, bir-birinin ərazi bütövlüyünü qorumaq öhdəliyinə götürdüyü müqavilə və təşkilatdır. Təəssüflər olsun ki, Ermənistan Respublikasının suveren ərazilərinin hücuma məruz qaldığı və işğal edildiyi və Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulduğu bir vaxtda biz KTMT üzrə tərəfdaşlarımızın faktlar haqqında təsəvvürə malik olduğunu görmədik”.

Onun fikrincə, bu vəziyyət erməni tərəfi üçün suallar yaradır və onlara cavablar gözlənilir.

Qeyd edək ki, bundan əvvəl Baş nazir Nikol Paşinyan mətbuat konfransında demişdi ki, sərhədlərin demarkasiya prosesi başa çatmayana qədər, torpaqların işğal edilməsini demək doğru deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki