image-qanunla-reklam
image-1709891312-256bb20a30d4d14299c3569450a09def_1580748916_extra_large

Ərdoğan və Zelenskinin müzakirə edəcəyi mövzular bəlli oldu

image-lady-day-az

Ukrayna prezidenti Volodimir Zelenski martın 8-də Türkiyəyə səfər edəcək 

Qanunla.Az xəbər verir ki, Zelenski səfər çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Ukrayna Prezidentinin İşlər İdarəsi dövlət başçısının Türkiyəyə səfər proqramını da açıqlayıb. Bildirilib ki, səfər zamanı Zelenski Ərdoğanla görüşərək Sülh Formulasının mövzularını, Sülh Sammitinin təşkili, Qara dənizdə naviqasiya təhlükəsizliyi, qlobal ərzaq sabitliyi, eləcə də Ukraynadan olan məhbuslar və Rusiya dövləti tərəfindən saxlanılan siyasi məhbusların sərbəst buraxılması mövzularını müzakirə edəcək.

Həmçinin müdafiə-sənaye sahəsində birgə layihələrə xüsusi diqqət yetiriləcək.

Eyni zamanda, Zelenski Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvetlərin tikintisinin davam etdiyi tərsanələrə baş çəkəcək və Türkiyənin müdafiə şirkətlərinin nümayəndələri ilə görüşəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki