image-qanunla-reklam
image-erdogan

Ərdoğan fərman imzaladı: Türkiyə bu sazişdən çıxır

image-lady-day-az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 8-də respublikanın Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən (CFE) çıxması haqqında fərman imzalayıb.

Qanunla.Az xəbər verir ki, bu barədə “Rəsmi qəzet”də məlumat dərc olub.

“Prezidentin 9 saylı fərmanının 3-cü maddəsinə uyğun olaraq, aprelin 8-dən CFE Müqaviləsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib”,- məlumatda bildirilib.

Ankaranın fikrincə, saziş hazırkı şəraitdə öz mənasını itirib və ondan irəli gələn öhdəliklər əslində yerinə yetirilmir.

Qeyd edək ki, CFE Müqaviləsi 1990-cı il noyabrın 19-da Parisdə imzalanmış və Türkiyə hökuməti tərəfindən 1992-ci il iyulun 1-də ratifikasiya edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki