image-qanunla-reklam
image-medvedev-1

Əgər Donbası bizdən almağa çalışsalar… – Medvedyev

image-lady-day-az

Referendumların nəticələrinə görə yenidən Rusiya Federasiyasına birləşdirilən Donbas və Novorossiyanı Rusiyadan almaq cəhdləri qlobal münaqişəyə gətirib çıxaracaq.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev jurnalistlərə açıqlamasında deyib.

Medvedyev Qərbin Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almağa yönəlmiş çağırışlarına da münasibət bildirib:

“Qələbəyə imkan verməmək nə deməkdir? Referendum nəticəsində Rusiya Federasiyasının Konstitusiyasına daxil edilmiş ərazilərimizi və yeni ilhaq edilmiş torpaqlarımızı, Rusiyaya qayıdan federativ subyektlərimizi Rusiyadan almaq? Aydındır ki, bu qlobal fəlakətdir, bu real, tamhüquqlu Üçüncü Dünya müharibəsidir”, – Medvedyev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki