image-qanunla-reklam
image-1694668793_7069bf9a0aa64dac902de56e05e9f67a

Dünyanın ən hündür iti öldü

image-lady-day-az

Dünyanın ən hündür iti Zevs üç yaşında ölüb.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, Zevs 2022-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Onun hündürlüyü 2,10 m, çəkisi – 91 kq olub.

Məlumata görə, Zevsə bu yaxınlarda xərçəng diaqnozu qoyulub. Onun sahibi, əslən Texasdan olan Brittany Davis, itinin müalicəsi üçün pul toplamaq üçün onlayn pul yığımı başladıb. O, sosial şəbəkələrdə 11 min avroya yaxın pul toplayıb. Bütün məbləğ Zevsə qulluq etmək üçün xərclənib.

Heyvanın ayağı şişə görə amputasiya edilməli olub. Əməliyyat yaxşı keçib, lakin gecə Zevsin səhhəti qəfil pisləşib və o ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki