image-qanunla-reklam
image-kirill-budanov

Budanov: Say və silah baxımından ruslardan geridə qalırıq

image-lady-day-az

Rusiyanın əsas strateji məqsədinə – bu ilin sonuna qədər Donetsk və Luqansk vilayətlərinin ələ keçirilməsinə nail olmaq gücü yoxdur.

Qanunla.Az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.

O, say və silah baxımından ruslardan geridə olan Ukrayna qüvvələrinin çətin vəziyyətdə olduğunu etiraf edib:

“Rusiyanın da problemləri var – onun peşəkar ordusu işğalın ilk ilində böyük ölçüdə məhv edilib. İndi Rusiya təlim keçməmiş çağırışçıları ölümə aparır. Eyni zamanda, Rusiya ordusu ölkənin istehsal edə biləcəyindən daha çox artilleriya mərmisi istifadə edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki