image-qanunla-reklam
image-1709891016-abdden-dikkat-ceken-rusya-uyarisi-buyuk-bir-saldiri-17098877842327

Bu gün Moskvada terror ola bilər – 3 ölkədən xəbərdarlıq

image-lady-day-az

ABŞ-nin Moskvadakı səfirliyi öz vətəndaşlarına terror təhlükəsi barədə xəbərdarlıq edib.

Qanunla.Az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

“Səfirlik ekstremistlərin Moskvadakı konsertlər də daxil olmaqla, böyük tədbirlərə hücum etməyi planlaşdırdığına dair xəbərləri izləyir. ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük tədbirlərdə iştirakdan çəkinmələri tövsiyə olunur. İnsanların toplaşdığı yerlərdən çəkinin. Mətbuat yeniləmələrini yoxlayın. Ətrafınızdan xəbərdar olun”, – xəbərdarlıqda deyilir.

Onu da əlavə edək ki, oxşar xəbərdarlıqlar Almaniya və Böyük Britaniyanın Rusiyadakı səfirlikləri tərəfindən də edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki