image-qanunla-reklam
image-1693201599_upload-shutterstock_777998047-pic_32ratio_900x600-900x600-33513

Bu gün Arzular günüdür – Nəyi, necə arzulamalı?

image-lady-day-az

28 avqust dünyada Arzular günü kimi qeyd olunur.

“Qanunla.az” xəbər verir ki, psixoloqların fikrincə, xəyalların gerçəkləşməsi üçün əvvəlcə nə istədiyini dəqiq müəyyən etməli, daha sonra məqsədinə çatmaq üçün addımlar atmalıdır.

Nevropsixoloq və uşaq psixoloqu Natalya Naumova arzulara çatmağın yolları ilə bağlı bildirib ki, əgər arzularımızın gerçəkləşməsini istəyiriksə, o zaman bizim üçün ən çox nəyi istədiyimizi təsəvvür etmək, vizuallaşdırmaq, istədiyimizə artıq sahib olduğumuzu hiss etmək vacibdir.

“Sonra bu gündən etibarən necə hərəkət etməli olduğunuzu, istədiyinizi əldə etmək üçün hansı addımları atmağınız lazım olduğunu düşünün. Planlaşdırın, planlarınızı yazın və bu məqsədə çatmaq üçün irəliləməyə başlamağınız məsləhətdir. Arzulanana nail olmaq mümkün olmayıbsa, yolda yaranmış maneələri təhlil etmək lazımdır. Onun sözlərinə görə, uğura mane olan problemləri özünüz və ya psixoloqun köməyi ilə görə bilərsiniz.

Məqsədə çatmaq yolda maneələr, insanın nəzərə ala bilmədiyi bəzi məqamlar meydana çıxa bilər. Nəticədə arzular gerçəkləşmir. Daha sonra insanın istədiyinə nail ola bilməməsindən hansı hisslərin yarandığını, bu maneələrin nədən ibarət olduğunu dəyərləndirmək, onları nəzərə almaq lazımdır. Bəzən bütün bunları sadəcə özünüz üçün müəyyənləşdirmək kifayətdir, sonra isə bu problemləri özünüz sərbəst həll etmək imkanı tapacaqsınız.  Bəzən arzuların gerçəkləşməsi üçün psixoloqun köməyindən də istifadə etmək lazımdır. Psixoloqlar sizə problemləri başa düşməyə, uğur yolunda hansı maneələrin olduğunu görməyə kömək edəcək və nəticədə xəyallar gerçəkləşəcək”, – deyə Naumova bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki