image-qanunla-reklam
image-fotojet-2024-02-13t111946-792

Britaniyanın ən böyük hərbi gəmisi 90 minlik ordunun toplanacağı bölgəyə yola düşdü – FOTO

image-lady-day-az

Britaniyanın “HMS Prince of Wales” təyyarədaşıyan gəmisi Norveçdə keçirilən “Steadfast Defender” (“Dayanıqlı müdafiəçi”) hərbi təlimlərinə yola düşüb.

Bu barədə Kral Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən məlumat verilib.

Portsmut limanından yola çıxan “HMS Prince of Wales” nasazlıq səbəbindən təlimdə iştirak edə bilməyən “HMS Queen Elizabeth” döyüş gəmisini əvəz edəcək.

Gəmi “F-35B Lightning” qırıcıları, “Merlin Mk2” sualtı qayıq əleyhinə helikopterlər, “Wildcat” döyüş helikopterləri ilə silahlanıb.

Qeyd edək ki, “Steadfast Defender” hərbi təlimlərində NATO-nun 31 ölkəsindən 90 mindən çox bütün hərbi qolların nümayəndəsi iştirak edəcək.

Təlimlərə, həmçinin hələ NATO-ya daxil olmayan İsveç də qatılacaq.

Xatırladaq ki, Şimali Atlantika Alyansı son onilliklərin ən böyük təliminə başlayır və sonuncu dəfə bu miqyasda təlim 1988-ci ildə baş tutub.

NATO-nun “Steadfast Defender” təlimi soyuq müharibədən bu yana keçirilən ən böyük təlimdir. Norveçdən Rumıniyaya qədər Rusiya sərhədləri boyunca 90 minlik ordu toplanacaq. 31 ölkədən olan ordu Rusiyanın hücumunun dəf edilməsi ssenarisi üzərində çalışacaq.

 

Mənbə: RTVI


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki