image-qanunla-reklam
image-polis_turk

“Bozdoğan-2” əməliyyatı: 120 nəfər saxlanıldı

image-lady-day-az

Türkiyənin 16 vilayətində bölücü terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.

Qanunla.Az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya sosial şəbəkə hesabında paylaşım edib.

“Həm Türkiyədə, həm də Suriyada terror təşkilatının tərkibində fəaliyyət göstərən, küçə etirazlarında iştirak edən və təşkilatın təbliğatını apardığı müəyyən olunan şübhəli şəxslərə qarşı “Bozdoğan-2” əməliyyatı baş tutub. 16 vilayətdə keçirilən əməliyyatlar çərçivəsində 120 nəfər saxlanılıb. Şübhəli şəxslərin ünvanlarında aparılan yoxlamalar zamanı xeyli sayda sənədsiz silah və rəqəmsal materiallar ələ keçirilib”, – nazir bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki