image-qanunla-reklam
image-1422057

Beynəlxalq hüququn normaları ölkəmizin tərəfindədir

image-lady-day-az

Beynəlxalq hüququn normaları ölkəmizin tərəfindədir

Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Baxmayaraq ki, Azərbaycan ərazilərinin  20 faizi 30 il Ermənistanın işğalı altında olub. Ermənilər həmin əraziləri dağıdıblar və 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Belə ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşmiş və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətmişlər. Yüzlərlə şəhər və kəndimiz işğal edilmiş və dağıdılmışdır.

Ölkə başçısı bildirdi ki, otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Öz torpaqlarını azad etməyə başlayanda bu üç ölkə Azərbaycana təzyiqlər göstərməyə başladı. Bu üç ölkənin hər biri bizi Azərbaycanı yolundan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar Azərbaycanın öz torpaqlarını azad etməsini istəmirdilər.

Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq hüququn normaları ölkəmizin tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı Azərbaycanı hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev vurğuladı ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Bütün bunlar “ikili standartlar” və anti-Azərbayan siyasətinin təzahürüdür. Azərbaycana qarşı hər zaman “ikili standartlar” siyasəti olub. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Bu müddətdə heç bir təzyiq və təsirlərlə üzləşmədi.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib

Prezident İlham Əliyev cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bir sıra mühüm məsələlərə toxundu və ciddi mesajlar verdi.

Son dövrlər bəzi dövlətlər ermənipərəstlikləri ilə açıq-aşkar ikili siyasət yeritsə də, onlardan fərqli olaraq baş verənlərə Almaniya neytrallıq nümayiş etdirir. Konkretləşdirsək, Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.

Bütün dövlətlərin, birliklərin qarşısında alnımız açıq, üzümüz ağdır. Azərbaycana qarşı qərəzli mövqe tutanlar da bilir ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Acı reallıqdır ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.
Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Anti-Azərbaycan qüvvvələr unudurlar ki, Azərbaycan müharibəyə maraqlı deyil. Rəsmi kürsülərdən dəfələrlə elan olunub ki, biz sülh tərəfdarıyıq.

Əleyhimizə aparılan təbliğatlar anti-Azərbaycan siyasətinin bir hissəsidir.
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.

Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məsələyə münasibət bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.

Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Hazırda sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycanda qeydiyyatdan keçmiş Alman şirkətlərinin sayı yüzlərlədi

Dövlətimizin xarici siyasətində Avropada və dünyada söz sahibi olan güclü dövlətlərlə siyasi-iqtisadi və strateji əməkdaşlıqların və tərəfdaşlıqların qurulması önəmli yer tutur. Avropada belə dövlətlərdən biri də Almaniya Federativ Respublikasıdır. Artıq 32 ildir ki, diplomatik münasibətlərin qurulduğu Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri sürətlə inkişaf edib. Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblə.

Ümumiyyətlə iqtisadiyyat sahəsində, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb.

Azərbaycanda qeydiyyatdan keçmiş Alman şirkətlərinin sayı yüzlərlədi. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər və bununla bağlı müraciət ediblər.

İki ölkə arasında enerji sahəsində də əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Artıq bu sahədə bir neçə böyük layihə həyata keçirilib və davam etməkdə olan layihələr var. Azərbaycan Almaniya şəhərləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərir. Belə ki, Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri “qardaşlaşıblar”. Lakin təəsüf hissi ilə qeyd etmək lazımdı ki, 30 ildən artıq işğal altında olan torpaqlarımızı möhtəşəm zəfərlə azad etməyimiz Qafqazdan əllərini çəkmək istəməyən bəzi imperialist dairələri və ölkələri ciddi narahat edir. Azərbaycan Respublikasının xarici siyasəti bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimad, beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurulmuşdur.

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan Nümayəndə heyyətinə qarşı sərgilənən qərəzli davranış, Fransa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi digər qətnamələr ermənipərəst dairələrin və bir çox məkrli qüvvələrin sifarişidir. Azərbaycan tarixən multikultural dəyərlərə sahib‚ tolerant bir ölkədir və Azərbaycanda bu günə qədər heçbir zaman anti-semitizm halı‚ qeyri millətlərə‚ etnik xalqlara və digər dinlərə qarşı ayrı-seçkilik halı olmayıb.

Prezident İlham Əliyevin cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə də bu məsələyə toxunulmuşdur. Ölkə Prezidenti görüşdə demişdir: “Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür”.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Alman iş adamları Azərbaycanda böyük iqtisadi islahatların həyata keçirildiyini etiraf edirlər

Cari ilin 28 fevral tarixində Cənab Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin Azərbaycana səfər etməsinin önəmini qeyd edib.

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri nümayəndə heyətinin adından İlham Əliyevin yenidən prezident seçildiyi vaxtda qəbula görə minnətdarlığını bildirdi. Səfir prezident İlham Əliyevin Münxen səfəri zamanı Almaniya kansleri ilə keçirdiyi görüşlərinin təəssüratı altında olduqlarını dedi. O, eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün bu gün Berlində keçirilməsindən məmnunluqlarını ifadə etdi və ölkəsinin sülh prosesini konstruktiv şəkildə dəstəklədiyini vurğuladı.

Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirib ki, otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək.

Ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq alman şirkətinin rəhbəri və nümayəndələrinin səfəri Azərbaycan iqtisadiyyatına olan marağın göstərcisidir. Alman iş adamları tərəfindən Azərbaycanda iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyinin etiraf edilməsi real vəziyyətə obyektiv qiymətin verilməsidir. Digər mühüm məqam ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunun qeyd edilməsidir.

Son dövrlərdə dünyanın aparıcı ölkələrinin rəhbərlərinin Prezident İlham Əliyevə məktubları, telefon zəngləri və keçirdiyi görüşlər dövlətimizin başçısının dünyada böyük nüfuz sahibi olmasından xəbər verir. Qısa zaman ərzində baş verən müsbət dəyişikliklər Azərbaycanın dünya və region üçün necə əhəmiyyətli bir dövlətə çevrildiyini göstərir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Bu gün dünya dövlətləri ilə, o cümlədən Almaniya ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir

Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Ulu Öndər Heydər Əliyev siyasətini, onun xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun olaraq davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarının qorumasına nail olmuşdur. Bu gün dünya dövlətləri ilə, o cümlədən Almaniya ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı dövlətimizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin Azərbaycana səfər etməsinin önəmini qeyd edib.
Nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını deyərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Eyni zamanda Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb. Bununla yanaşı, Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd edib.
Prezident diqqətə çatdırıb ki, Almaniyanın qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir.
Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatları haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitlik hökm sürür.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

 

Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir

Otuz il torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. İndi biz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən və Qarabağda separatizm yuvasını dağıtdıqdan sonra hücumlara məruz qalmışıq. Biz Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq. Ukraynanı götürək, Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərir. Siz hamınız bəyan edirsiniz ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bəs bizim ərazi bütövlüyümüz?! Məgər bu məsələ Ukrayna məsələsindən daha az önəmlidir?

Prezident xatırladıb ki, biz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Əfsuslar olsun ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Bu, ikili standart deyilmi, yoxsa bizimlə aparılan bir oyundur?! Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir. Bildiyiniz kimi, biz bu qurumun sessiyalarında iştirak etməmək qərarına gəlmişik. Çünki əgər bizim öz mövqeyimizi bildirmək hüququmuz yoxdursa, nəyə görə orada olmalıyıq?! Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Dövlətimizin başçısı bir məsələni də təəssüf hissi ilə qeyd edib ki, Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. “Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, – deyən Prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğuladı və qeyd etdi ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır: “Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.

Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

Alman iş adamları tərəfindən Azərbaycanda iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyinin etiraf edilməsi real vəziyyətin obyektiv qiymətləndirilməsidir

 Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Ölkəmizin başçısı alman iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi. Almaniyanın Azərbaycandakı səfiri Ralf Hörlemann görüşdə bildirib ki, COP29-un keçirildiyi bu ildə sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün bir imkan yaranıb ki, bu da öz növbəsində sabitlik, iqtisadi inkişaf, əmin-amanlıq baxımından çox önəmlidir.  Qeyd edək ki, bu səfər Almaniya hökumətinin və iş adamlarının Azərbaycanla iqtisadi-ticari əməkdaşlıqda maraqlı olduqlarının bir təzahürüdür.

Prezident İlham Əliyev Almaiyadan gələn böyük nümayəndə heyətinin bu səfərini yüksək qiymətləndirərək bildirib ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı hər iki yeni inkişaf perspektivləri yaradacaq.

Ölkəmizə infrastruktur, sənaye, kənd təsərrüfatı, bank və maliyyə, alternativ enerji və digər sahələrlə məşğul olan 40-dan artıq alman şirkətinin rəhbəri və nümayəndələrinin səfəri Azərbaycan iqtisadiyyatına olan marağın göstərcisidir. Alman iş adamları tərəfindən Azərbaycanda iqtisadi islahatlarla bağlı böyük işlərin həyata keçirildiyinin etiraf edilməsi real vəziyyətə obyektiv qiymətin verilməsidir. Digər mühüm məqam ölkələrimizin yalnız ənənəvi enerji sektorunda deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunun qeyd edilməsidir.  Avropanın iqtisadi cəhətdən ən güclü ölkəsi olan Almaniya ilə Cənubi Qafqazın qüdrətli ölkəsi olan Azərbaycan arasında iqtisadi əlaqələrin perspektivləri, o cümlədən energetika, birgə layihələr, investisiya və digər sahələrdə əməkdaşlıqla məsələlər ətrafında fikir mübadilələri aparıldı. Bildrilidi ki, hər iki ölkənin iqtisadi əməkdaşlığının daha da genişlənməsi üçün yeni imkanlar mövcuddur və bu imkanlardan səmərəli istifadə olunmalıdır.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

 

Almaniyanın qonşusu Fransadan fərqli olaraq regionda sülh prosesinə neytral yanaşmasıdır

Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindən biridir. Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır. İki ölkə arasında iqtisadi əlaqələr kifayət qədər inkişaf edib, ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. 2022-ci ildə iki ölkə arasında ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 255 milyon ABŞ dolları olub və Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr sırasında 8-ci yeri tutub. Həmin il Azərbaycandan Almaniyaya ixrac olunan məhsulların dəyəri 591,3 milyon ABŞ dolları olub. Azərbaycanda qeydiyyatdan keçmiş 239 alman şirkəti var və hazırda onlardan 166-sının fəaliyyəti aktivdir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank, sığorta, ticarət və xidmət sahəsində fəaliyyət göstərirlər. Almaniya şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində iştiraka maraq göstərirlər. Azərbaycandakı alman şirkətləri bərpaolunan enerjinin inkişafı layihələrinə də maraq göstərirlər. Almaniyanın “Berlin Wind” şirkəti tərəfindən Xızı rayonunun Yeni Yaşma və Şurabad qəsəbələrinin ərazisindəki 50 MVt-lıq “Yeni Yaşma” Külək Elektrik Parkında yenidənqurma işləri aparılıb və 2018-ci il oktyabrın 11-də parkın açılışı olub. Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, iş adamlarının bu səfərində sonra Azərbaycanla Almaniya arasında iqtisadi sahədə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Bunu şərtləndirən səbəblərdən biri də Almaniyanın qonşusu Fransadan fərqli olaraq regionda sülh prosesinə neytral yanaşmasıdır. Almaniya Kansleri Olaf Şoltsun mövqeyi belədir. Baxmayaraq ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edib. Diqqət şəkən məqam odur ki, bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilməsi də ölkəmizə qarşı qərəzin göstərcisidir. Dövlət başçısının qeyd etdiyi kimi bunun yalan olduğunu bu yazıların müəllifləri də yaxşı bilir. Bunlara rəğmən Kansler Şoltsun neytrallığını qoruması mühüm məqam kimi qiymətləndirilir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir

 Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin müsbət inkişaf dinamikasına diqqət çəkdi. Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb. Ölkə başçısı qeyd etdi ki, Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir. Bir sözlə, Almaniya mövqeyində neytrallıq nümayiş etdirir.

Görüşdə Prezident İlham Əliyev diqqətə çatdırdı ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı ölkəmizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.

“Ölkə başçısı ölkəmizin üzləşdiyi anti-Azərbaycan siyasətinə də diqqət çəkərək Borrelin əsassız ittihamlar səsləndirdiyini bildirdi. Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır.

Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi əsgərimizi ağır yaraladıqdan sonra Azərbaycan tərəfi buna vaxtında adekvat və dəqiq cavab verməli oldu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan sülh prosesinə sadiqdir. Məhz Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edib. Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək, həmin əraziləri dağıdıblar və 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Bu isə “ikili standartlar” siyasətinin təzahürüdür.

Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev bildirdi ki, Cənubi Qafqazda ayırıcı xətlərin qurulması cəhdlərini görürük. Bununla bağlı Azərbaycanda bir çox insanlar belə düşünürlər ki, Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul etdikləri, Azərbaycanın isə demonizə edildiyi bir şəraitdə yeganə çıxış yolu bizim İslam dinimizdir.

Ölkəmiz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edib. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Ölkə başçısı bildirdi ki, Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Bütün bunlar “ikili standartlar” və anti-Azərbaycan siyasətinin nəticəsidir. Əslində Azərbaycan davamlı inkişaf edən ölkədir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Almaniyanın hazırkı neyt­rallığı şvabelərin avantürizminin köl­gəsində itib-batmamalıdır

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nü­mayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarın qəbuluna diqqət çəkən Prezident İlham Əliyev məsələnin təşəbbüs­karının Almaniya Parlamentinin üzvü Frank Şvabenin olduğunu bildirib. O Şvabenin ki, Kansler Olaf Şoltsun partiyasının təmsilçisidir. AŞPA isə qərarını insan hüquq və azadlıqla­rına etinasız yanaşma kontekstində əsaslandırır. Ümumən, qurum elə rəy formalaşdırır ki, sanki, Azərbay­can ayaq basılası yer deyil. Elə isə Avropanın başlıca məmləkətinin biznes adamlarının ölkəmizdə nə işi var? Prezident İlham Əliyev də dola­yısı ilə bundan söz açıb. Ancaq yal­nız bundan yox.

Dövlətimizin başçısı Azərbay­cana qarşı olan ənənəvi təzyiq cəhdlərinin nədən qaynaqlandığı­nın təsvirini verib. Mövcud xüsusda həm hazırkı neqativ təmayülləri dilə gətirib, həm də keçmişə ekskurs edib. Prezident İlham Əliyev hər iki dövrdəki xoşagəlməzliklər baxımın­dan vahid səbəb-nəticə əlaqəsinin varlığı reallığını ortaya qoyur. Sə­bəb ermənipərəstlikdir, nəticə isə həmin ermənipərəstliyə görə özünü göstərən yanaşmalar. Ölkəmizin lideri bildirdikləri ilə həmin yanaş­maların qərəzli mahiyyətinin dolğun təsvirini çəkir. Bu təsvir heç bir halda bəraət qazanmaq, xarici iş adamla­rını ölkəmizə çağırmaq istəyi deyil. Yəni, onlarsız da keçinərik. Cənab İlham Əliyev, sadəcə, heç nəyə bax­mayaraq, Azərbaycana təşrif buyur­muş bu şəxslərin qərarının doğrulu­ğunu bildirir və əminlik yaradır. Təbii ki, prinsipial xarakterli mesajlarını da çatdırır.

Əlbəttə, ilk mesaj Almaniyanın özünədir və məzmunu, təxminən, belə­dir: Azərbaycanla münasibət səmimiy­yətə söykənməlidir. Səmimiyyət üçün qərəz və ikili standartlar kənara qoyul­malıdır. Bu və ya digər şəkildə özünü göstərən ermənipərəstlik də həmçinin. Axı Prezident İlham Əliyevin vurğu­ladığı kimi, “Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nü­mayiş etdirir”.

Deməli, Almaniyanın hazırkı neyt­rallığı şvabelərin avantürizminin köl­gəsində itib-batmamalıdır. Özü də söhbət yalnız deputat F.Şvabe və onun kimilərinin fərdiyyətdən çıxıb ümumqitə hadisəsi təsiri bağışlayan qərəzindən getmir. Nəzərə alaq ki, Almaniya me­diası da fransız həmkarlarının yolu ilə gedərək, Azərbaycana qarşı antipatiya yaratmaqla məşğuldur. Bu baxımdan bir məqamın üzərində dayanaq.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki