image-qanunla-reklam
image-1709108877_qebul1-scaled

Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir

image-lady-day-az

Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir

Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident cənab İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Baxmayaraq ki, Azərbaycan ərazilərinin 20 faizi 30 il Ermənistanın işğalı altında olub. Ermənilər həmin əraziləri dağıdıblar və 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Yüzlərlə şəhər və kəndimiz işğal edilmiş və dağıdılmışdır. Azərbaycan iqtisadi inkişafı ilə daim dünyanın diqqətindədir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı inkişafı şərtləndirən əsas amillər sırasındandır.

Ölkə başçısı bildirdi ki, otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Öz torpaqlarını azad etməyə başlayanda bu üç ölkə Azərbaycana təzyiqlər göstərməyə başladı. Bu üç ölkənin hər biri bizi Azərbaycanı yolundan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar Azərbaycanın öz torpaqlarını azad etməsini istəmirdilər.

Prezident İlham Əliyev qeyd etdi ki, beynəlxalq hüququn normaları ölkəmizin tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı Azərbaycanı hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edir. Bu qərar Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür. Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev vurğuladı ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik. Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir. Bütün bunlar “ikili standartlar” və anti-Azərbayan siyasətinin təzahürüdür. Azərbaycana qarşı hər zaman “ikili standartlar” siyasəti olub. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan 30 ilə yaxın müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymadı. Bu müddətdə heç bir təzyiq və təsirlərlə üzləşmədi.

 Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev

 

 

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Prezident cənab İlham Əliyev iş adamları ilə ötən il Berlində, bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd edərək, Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynadığını bildirib. Ölkəmizin öz suverenliyi, ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzli olduğu hər kəsə məlumdur. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Məhz çıxış zamanı bildirildi ki, Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Anti-Azərbaycan qüvvvələr unudurlar ki, Azərbaycan müharibəyə maraqlı deyil. Rəsmi kürsülərdən dəfələrlə elan olunub ki, biz sülh tərəfdarıyıq.

Görüşdə Prezident İlham Əliyev böyük nümayəndə heyətinin iqtisadi əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi, bu sahənin ikitərəfli münasibətlərimizdə mühüm rol oynadığını vurğuladı və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Eyni zamanda Kansler Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğuladı. Görüşdə xüsusi bildirildi ki, Azərbaycan sülh prosesinə həmişə sadiqdir. Beynəlxalq hüququn bütün normalarının Azərbaycanın tərəfində olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı son vaxtlar bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Bunun təəssüf hissi doğurduğu qeyd olundu. Belə bir münasibət bu gün bir sıra beynəlxalq institutlar tərəfindən, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilsə də, heç bir reallığı əks etdirmir və verilən qeyri-adekvat bəyanatlar beynəlxalq hüququn normalarına ziddir.

Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ölkəmiz sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Sülh yolu ilə həllin beş əsas prinsipi işlənib hazırlandı, sülh müqaviləsinin mətninin layihəsi təqdim olundu. Bütün bunlar reallığı əks etdirən faktlardır.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktoru- Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki