image-qanunla-reklam
image-de-kroo

Belçika AB-ni İsrailə qarşı sanksiyalara çağırdı

image-lady-day-az

Belçika Qəzza zolağındakı hərəkətlərinə görə AB-nin İsrailə qarşı mümkün ticarət sanksiyaları ilə bağlı müzakirələrə başlayıb.

Qanunla.Az xəbər verir ki, bunu Belçikanın Baş naziri Aleksandr de Kroo deyib.

Onun sözlərinə görə, Belçika hökuməti bir neçə həftə əvvəl İsrailə qarşı ticarət sanksiyaları tətbiq etmək qərarına gəlib:

“Amma Belçika özü bu sanksiyaları tətbiq etsə, o zaman ticarət yolları sadəcə olaraq dəyişəcək. Ona görə də biz bir neçə həftədir ki, digər Avropa ölkələri ilə bu problemi necə həll edə biləcəyimizi müzakirə edirik. AB İsraillə insan haqları ilə bağlı şərtləri özündə əks etdirən assosiasiya sazişi bağlayıb. Biz Jozep Borrelldən bu məqamı araşdırmasını xahiş etdik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki