Belarus hakimiyyəti ölkədə ikinci atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir.
Qanunla.Az “BelTA” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
O, Kostyukoviçin sakinləri ilə görüşündə deyib: “Yəqin ki, bizim cəmiyyətimiz artıq Çernobıldan sonrakı sindromu dəf edib… Hələlik düşünürük ,biz ikinci stansiyanı tikməyi çox istərdik”.
Dövlət başçısı Minskin Belarus AES-ni tikməklə düzgün qərar qəbul etdiyinə əmin olduğunu bildirib.