image-qanunla-reklam
image-1710017180-nayden

Bayden federal qurumları maliyyələşdirmək üçün qanun imzaladı

image-lady-day-az

ABŞ Prezidenti Co Bayden bir sıra federal qurumlarının 2024-cü maliyyə ilinin sonuna qədər (ABŞ-da sentyabrın 30-da başa çatır) maliyyələşdirilməsini davam etdirmək üçün qanun imzalayıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qanun layihəsinə bəzi qurumlar üçün 460 milyard dollardan çox maliyyə vəsaiti daxildir. Beləliklə, Amerika hakimiyyəti federal hökumətin fəaliyyətini dayandırmaqdan qaça bilib.

Martın 6-da təşəbbüsün lehinə Nümayəndələr Palatası, martın 8-də isə ABŞ Konqresinin Senatı səs verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki