image-qanunla-reklam
image-421235488_868975444982003_4053867701651734136_n-1

Bakıda divarlara narkotiki təbliğ edən şüarları yazanlar saxlanıldılar – FOTO

image-lady-day-az

Paytaxtda yaşayış binalarının, məhəllələrin divarlarına narkotik vasitələri təbliğ edən şüarlar yazan şəxslər müəyyən ediliblər.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədənlər – 1999-cu il təvəllüdlü İ.E., 2002-ci il təvəllüdlü C.E., 2004-cü il təvəllüdlü Ə.Ə., 2003-cü il təvəllüdlü A.H. saxlanılıblar. Müəyyən edilib ki, həmin şəxslər 2024-cü ilin yanvar ayından paytaxtın müxtəlif ünvanlarında “Telegram” platformasında xaricdən idarə olunan kanalların birindən pul qarşılığında verilən sifariş əsasında həmin şüar-çağırışları yazmaqla çəkilişlər aparıb, sifarişçiyə göndəriblər.

Hər bir fotoya görə icraçılara narkoşəbəkə adminləri tərəfindən kriptovalyuta formasında müxtəlif məbləğlərdə pullar köçürülüb. Sonradan icraçılar həmin vəsaitləri nağdlaşdıraraq aralarında bərabər bölüblər.

DİN-in müvafiq Baş İdarəsində xaricdən verilən sifarişlərin icrasını təşkil edən şəxslər ətrafında araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq onlar barəsində məsuliyyət tədbirləri görüləcək.

“Telegram” platformasında həmin informasiya mənbələrinin məhdudlaşdırılması ilə bağlı müvafiq təqdimatlar alınaraq aidiyyəti üzrə göndərilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı küçələrində divarlara narkotik vasitələrin təbliği üçün müəyyən şüarların, saytların yazılması barədə məlumat yayılmışdı.

Belə ki, ilk baxışda yazılan şüarlar müəyyən elektron poçt qutusu ünvanı kimi görünsə də, psixoaktiv, narkotik maddələrin adını əks etdirən nişanlar imiş.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki