image-qanunla-reklam
image-1710587299_15105694291947143882_1200x630

Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridi

image-lady-day-az

Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridi

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan qonşu dövlət olmaqla yanaşı, strateji tərəfdaşdır. Ölkəmizin öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır.

Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda, bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri – nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq.

Nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir.

Yaxın zamanlarda regionda mühüm logistik layihə yekunlaşacaq. Bir-iki aya Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq. Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Hazırda Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir.

Gedişat göstərir ki, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq.

Prezident İlham Əliyevin cari ilin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir

Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Yeni dünya düzənində Azərbaycanın enerji resurslarına olan tələbatı ildən-ilə artır və artacaq.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

 

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır

Zamanın tələbindən irəli gələn yeni layihələr üzərində işlər davamlı olaraq aparılır. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Buna böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. İlin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaq.

Bizim ticarət dövriyyəmiz artmaqdadır. Ticarət dövriyyəmiz artıq 900 milyon dollara yaxındır və keçən il təxminən 15 faiz artıb.

Gürcüstan Hökumətinin düşünülmüş islahat siyasəti nəticəsində ölkədə çox gözəl sərmayə iqlimi yaradılmışdır. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Bunun əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.

Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir.

Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır. Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar, dövlətlərarası münasibətlər möhkəm zəmin üzərində qurulub.

Ərazi bütövlüyü və suverenliyi ilə bağlı da hər iki ölkə bir-birinə qarşılıqlı dəstək verib. Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək.

Ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür.

 Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi bir daha göstərir ki, Azərbaycan, Türkiyə və Gürcüstan artıq bütün region üçün iqtisadi və siyasi baxımdan uğurlu bir format yaradıblar

Otuz ildən artıqdır ki, ölkəmizə qarşı ərazi iddiaları yolunu seçmiş Ermənistan yenə də Bakı, Ankara və Tbilisinin müttəfiqliyi sayəsində reallaşan bütün müsbət layihələrdən  kənardadır və hazırkı  mövqeyi davam etdirməklə  rəsmi İrəvan dalan ölkəsi kimi qalacaqdır.  Buna əmin olmaq üçün bir  fakta diqqət yetirmək kifayətdir. Belə  ki, Gürcüstanın baş nazirinin paytaxtımıza gəlişindən bir gün əvvəl Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq formatının xarici işlər nazirlərinin IX iclası keçirildi.  Görüşün nəticəsi olaraq üç ölkənin xarici işlər nazirləri arasında münasibətlərin daha da inkişaf etdirilməsini nəzərdə tutan Bakı Bəyannaməsi imzalandı. Bakı Bəyannaməsində Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətdən bəhs edilir. Bu çox vacib bir məqamdır. Axı, Gürcüstan hələ də ərazi bütövlüyünü bərpa etməyib və müttəfiqlərinin dəstəyinə ehtiyacı var. Azərbaycan isə öz suverenliyini və ərazi bütövlüyünü tamamilə bərpa etməyinə baxmayaraq,  hələ də dib, açıq-aşkar sülhə deyil, yeni müharibəyə sadiq olan Ermənistan və onun havadarı Fransa  tərəfindən davam edən təxribatları nəzərə alsaq belə  bir bəyannamə qəbul edilməsi  çox faydalı  bir sənəddir.  Bundan əlavə, sənəddə qlobal kontekstdə regionun artan nəqliyyat rolundan, Orta Dəhliz və onun həyata keçirilməsinin əhəmiyyətindən bəhs edilir. Eyni sənədlə tərəflər hər üç ölkəni birləşdirən iqtisadi layihələri təsdiq edirlər. Amma bu, Azərbaycan, Türkiyə və Gürcüstanı birləşdirən, bu üçlüyü bütün Avrasiya məkanı üçün son dərəcə vacib edən ən mühüm şeydir. Azərbaycan prezidenti  İlham Əliyev  və  Gürcüstanın baş naziri İrakli Kobaxidze isə mətbuat verdikləri bəyanatda qeyd etdilər ki,  ölkələrimiz arasında tərəfdaşlıq və dostluq qlobal kontekstdə son dərəcə vacibdir.

Azərbaycan və Gürcüstan arasındakı  siyasi münasibətlər  hər zaman yüksək səviyyədədir. Bu məsələyə diqqəti çəkən ölkə başçısı İlham Əliyev  bildirdi ki: ”Biz bütün dövrlərdə bir-birimizin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığını dəstəkləyən açıqlamalar vermişik, müvafiq beynəlxalq təşkilatlarda səsvermə zamanı bir-birimizi dəstəkləmişik, bundan sonra da bu dəstək davam edəcək. Heç bir ölkənin suveren ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan uzun illər ərzində işğaldan əziyyət çəkmiş, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol da tamamilə qanunidir. BMT Nizamnaməsi hər bir ölkəyə özünü müdafiəetmə hüququ tanıyıb və Azərbaycan məhz bu hüquqdan istifadə edərək ərazi bütövlüyünü bərpa etmişdir”.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Artıq yeni layihələr üzərində işlər gedir

Azərbaycan və Gürcüstan strateji əhəmiyyət kəsb edən bir sıra layihələrin təməlini birlikdə qoymuşdur. Artıq  beynəlxalq aləm  bir daha şahid olur ki, Azərbaycan nəinki təşəbbüs göstərməyə, hətta  həmin  layihələri həyata keçirməyə də qadirdir.  Gələcək həm Avropa, həm də Asiya üçün  xüsusi əhəmiyyət kəsb edən  çox mühüm planlar haqqında  bəhs edərək ölkə başçısı bildirdi ki: “Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bizim həm resurslarımız var, sərmayə qoymaq üçün maliyyə imkanlarımız var, Gürcüstan kimi etibarlı dostlarımız var ki, tranzit imkanları genişdir. Belə olan halda bizim enerji layihələrimiz bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək və burada Gürcüstan ilə Azərbaycan iki etibarlı tərəfdaş kimi çıxış edir. Yeni layihələr üzərində işlər davamlı olaraq aparılır. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcəkdir. Buna böyük tələbat var. Həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var və biz hazırda texniki-iqtisadi əsaslandırma üzərində çalışırıq. İlin sonuna qədər bu iş başa çatacaq və ondan sonra praktiki addımlar atılacaqdır.

Həqiqətən də, nəqliyyat sektorunda mövcud olan və yaradılacaq infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz nəqliyyat imkanları açacaqdır. Bunu da qeyd etmək yerinə düşərdi ki, bu  nəqliyyat infrastrukturu  Ermənistanın və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin  planlarına  zidd olan  bir layihə idi. O zaman,  həmin ölkələr bu layihənin həyata keçirilməsinə bir sıra maneələr yaradır, maliyyələşdirmədən imtina edir, marşrut xəttinin Ermənistan ərazisindən keçməsini tələb edirdilər.  Amma Azərbaycan ortaya mövqe qoydu və bütün imkanlardan istifadə edərək bu layihələr həyata keçirildi.

Şübhəsiz ki, bu layihələr Azərbaycana, Gürcüstana, Türkiyəyə və bütün Avrasiya məkanına fayda gətirəcəkdir. Bu həm də  ölkələrimizin dünya miqyasında nüfuzunu gücləndirəcək və əhəmiyyətli iqtisadi səmərə verəcəkdir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Cənubi Qafqazın bu iki dövləti davamlı olaraq bütün sahələrdə əlaqələrini genişləndirir. Və əlbəttə ki, hər iki ölkə bu  münasibətlərdən ancaq fayda əldə edir.   Bəs Ermənistan? O, yenə də regionda  həyata keçirilən bütün müsbət tədbirlərdən, layihələrdən yenə kənarda qaldı. Ermənistan  himayədarından, regionda öz  marağı olan Fransadan həddən artıq asılı vəziyyətdədir. Rəsmi İrəvanın bütün geosiyasi hiylələri iflasa məhkumdur, çünki bu ölkə Azərbaycan və Türkiyə ilə əlaqələr qurmadan inkişaf edə bilməz.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki