image-qanunla-reklam
image-1705933580605972355_1200x630

Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir

image-lady-day-az

Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir

 Azərbaycanın evsahibliyi ilə təşkil olunan bu cür əhəmiyyətli tədbirlər ölkəmizin irəli sürdüyü təşəbbüslərə böyük marağı, Qlobal Bakı Forumunun nüfuzlu diskussiya platformasına, aparıcı beynəlxalq forumlardan birinə çevrilməsini göstərir. Mövcud konfliktlərin çəkişməyə deyil, məhz, qarşılıqlı müzakirə məcrasına yönəldilməsi, problemlərin üzə çıxarılaraq onlara birgə optimal həllərin tapılması, diqqətin bütün insanlığı narahat edən çağırışlara yönəldilməsi tarix boyu bəşəriyyətin formalaşdırdığı ən səmərəli, ümidverici təcrübələrdən olub. Bu baxımdan, Azərbaycanın dünyanın belə çağında bu cür qlobal təşəbbüsləri öz üzərinə götürməsi, foruma yüksək nüfuzlu iştirakçıların qatılması və onları sağlam müzakirə işığına toplaması böyük rəğbət doğurur.Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir.

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Azərbaycan dəfələrlə nüfuzlu forumlara ev sahibliyi edib. «Dünya bu gün: Çağırışlar və ümidlər» mövzusuna həsr olunan XI Qlobal Bakı Forumunda yeni dünya nizamına təhdid yaradan amillərə nəzər salınır.  XI Forumda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Qonaqların arasında 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.

Prezident İlham Əliyev Bakı Forumunun iştirakçılarını Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi barədə məlumatlandırıb. Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir

Azərbaycan Prezidenti Forum iştirakçılarına, həmçinin, beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edildi. Çünki heykəlin belə bükülmüş vəziyyətdə saxlanılması və hətta bu boyanın yuyulmasına cəhdin belə edilməməsinin özü vandalizm aktıdır. Bir çox hallarda özünü mənəvi lider kimi qələmə verən Fransa kimi bir ölkədə belə hallar qəbuledilməzdir.  “İkili standartlar” siyasətinin təzahürüdür. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransa, öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanı cəzalandırmağa çalışır.Platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir.

XI Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli Forumdur.Azərbaycanın yaşıl keçid sahəsində atdığı konkret addımlar barədə məlumat verən dövlətimizin başçısı bu baxımdan ötən ilin oktyabrında istifadəyə verilən 230 meqavatlıq günəş enerjisi stansiyasını, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi layihəsini xüsusi vurğulayıb:  “COP29 bizim üçün birinci fürsət olacaq ki, ölkə müstəqil yaşayır və uğurla inkişaf etdir. Bu, əslində bizim düzgün siyasətimizin təzahürüdür və Azərbaycan son otuz il ərzində bu siyasəti aparır. Praktiki baxımdan bu, həmçinin bizim üçün belə bir fürsət olacaq ki, həmrəyliyə öz töhfəmizi verək.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü 44 günlük Vətən müharibəsində dünyaya sübut etdi

Enerjiyə olan daxili tələbatını tam təmin edən Azərbaycan  bir çox ölkələrin artan ehtiyaclarını təmin etmək üçün əlindən gələni edir.  Bərpa olunan enerji ilə bağlı Azərbaycanda böyük potensial var. Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də qarşıdakı dövrün hədəfləri  öz əksini tapıb ki, bunlardan biri  işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsidir. Azad edilən rayonlarımızın hər biri bu sahədə özünəməxsus potensiala malikdir”. Hər bir beynəlxalq əhəmiyyətli tədbirin  Azərbaycanın, o cümlədən, iştirakçı dövlətlərin malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynadığını önə çəkərək bildirib ki, ölkə Prezidenti İlham Əliyev Forumdakı nitqində  əsas diqqəti postmünaqişə dövrünün reallıqlarına yönəldərək Azərbaycanın  regionda   yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyinin güclənməsindən, bu hədəflərə nail olmaq üçün bölgədə dayanıqlı  sülhün və təhlükəsizliyin təmin olunmasından bəhs edərək  sülh müqaviləsinin imzalanmasının  vacibliyini bəyan etdi. Bildirdi ki, atılan addımlar qarşılıqlı olmalıdır. Nəzərə alsaq ki, Azərbaycan həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü 44 günlük Vətən müharibəsində dünyaya sübut etdi, bu halda Ermənistanın İkinci Qarabağ savaşında aldığı dərsi unudaraq sülh müqaviləsinin imzalanmasında tərəddüdlər içərisində vurnuxması diqqətdən  kənarda qala bilməz.

Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib.

Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirin mövzusu bundan öncəki forumlarda olduğu kimi, son dərəcə aktualdır. Bildiyimiz kimi hazırda dünyada gərginlik durmadan artır, mürəkkəb proseslər, ağır fəsadlara yol açan dağıdıcı müharibələr baş verir. Bu hadisələr beynəlxalq ictimaiyyəti, tərəqqipərvər xadimləri, siyasətçiləri dərindən narahat edir. Odur ki, yaşanan bu cür hadisələrin təhlili, dünyanın gələcəyi ilə bağlı aparılan müzakirələr əhəmiyyətli xarakter daşıyır. Habelə foruma bir çox ölkələrin, nüfuzlu beynəlxalq qurumların nümayəndələrinin, o cümlədən 68 ölkədən 400-dən çox qonağın qatılması bu platformaya inamı, ildən-ilə artan marağı göstərir. Bu dəfə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi müzakirə edilən məsələlərin həlli yollarını dərindən araşdıracaq və gəlinən qənaəti beynəlxalq ictimaiyyətə ötürəcək.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Azərbaycan dövləti məcburi köçkünlərin öz evində yaşamaq hüququnu təmin edib, təcavüzkar ordunu öz ərazisindən təmizləyib

Qlobal Bakı Forumu həm də ölkəmizin təbliği, tutuğu siyasi yolun, ədalətli mövqeyin, beynəlxalq hüquqa münasibətdə məsuliyyətinin dünyaya çatdırılması baxımından önəmli platformadır: ”Dövlətimizin başçısı cənab İlham Əliyev tədbirdə çıxışı zaman iştirakçıları regionda baş verən hadisələr, yeni reallıqlar, İkinci Qarabağ müharibəsi və antiterror tədbirlərinin səbəbləri və nəticələri barədə ətraflı məlumatlandırdı. Məlumdur ki, bu gün dünyada, o cümlədən Avropada bəzi qüvvələr var ki, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunmasını, beynəlxalq hüququn pozulmuş prinsiplərinin bərpasını həzm edə bilmir. Reallıqları gizlədərək, hadisələri təhrif edərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar. Əsl həqiqəti dövlətimizin başçısı XI Forumda bir daha diqqətə çatdırdı. Təbii ki, hər kəsə, eləcə də ölkəmiz əleyhinə təbliğat aparan, qətnamələr qəbul edən şəxslərə və təşkilatlara da aydındır ki, Azərbaycan dövləti məcburi köçkünlərin öz evində yaşamaq hüququnu təmin edib, təcavüzkar ordunu öz ərazisindən təmizləyib, BMT-nin qətnamələrini icra edib, tarix boyu sülh və təhlükəsizliyə təhdid yaradan separatizmi aradan qaldırıb. Ona görə də ölkəmizə qarşı bu cür mövqe sərgiləyənlər əslində ədalətsiz olduqlarını, məsələyə riyakarcasına yanaşdıqlarını özləri də yaxşı bilirlər”.

Fransanın ölkəmizə olan qərəzli mövqeyinə xüsusi olaraq toxundu. Ümumiyyətlə, işğalı, separatizmi dəstəkləməsi çoxdan bu müstəmləkəçi ölkənin əsl mahiyyətini, simasını ortaya qoyub. Rəsmi Paris bəzən elə rollar oynayır ki, insan haqlarından ağızdolusu elə danışır ki, sanki 21-ci əsrin müstəmləkə dövləti bu deyil. Həmçinin Fransa hökuməti artıq xaos halına gəlmiş özlərinin daxili məsələlərini unudaraq uydurmalar əsasında Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edib. Nəticə də bəllidir, hamısında rəzil duruma düşüblər, arzuları puç olub. Eyni zamanda bu ölkənin Evian şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı olanları qeyd etmək istərdim. Bəllidir ki, Natəvan Şərqdə görkəmli şair, maarifçi, xeyriyyəçi, qadın azadlığı, onların hüquqları uğrunda mübariz kimi ad çıxarıb. Bu cür insanın heykəlinə vandalizm etmək bilavasitə ədəbiyyatın, mədəniyyətin çirkin siyasi alətə çevirmək cəhdidir ki, hətta onlar bu səviyyəyə qədər eniblər. Yeri gəlmişkən, martın 13-də Avropa Parlamenti qəbul etdiyi qətnamədə ölkəmizə qarşı yenə də qərəz nümayiş etdirib. Sözsüz ki, bütün bunlar Azərbaycanın həyata keçirdiyi siyasətə, tutduğu ədalətli yola əngəl ola bilməz. Qətnaməni hazırlayanlar, ona səs verənlər nə qədər çalışsalar da, tabutuna möhkəm mismar vurulmuş separatizmi dirildə bilməyəcəklər. Bu artıq tarixdir. Avropa xirtdəyəcən problem içindədir. İrqi ayrı-seçkilikdən tutmuş miqrantlarla xoşagəlməz davranışa qədər çirkaba batıblar. Odur ki, əllərini bizim daxili işlərimizə uzatmasınlar.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki