image-qanunla-reklam
image-1708255126-1708253632_img_0337

Azərbaycanlılar arasında geri qayıtmaq istəyən yoxdur – Ravvin

image-lady-day-az

“Bildiyiniz kimi HƏMAS-ın İsrailə hücumu nəticəsində səkkiz azərbaycanlı terrorun qurbanı olub. Amma hazırda azərbaycanlılar arasında həlak olan və ya yaralılarımız yoxdur. Dəqiq olmayan bir məlumat da var ki, bir nəfərimiz orada əsirlikdədir”.

Qanunla.az xəbər verir ki, bunu modern-ə açıqlamasında dağ yahudilərinin Tel-Əvivdəki icma rəhbəri, ravvin Şmuel Simantov bildirib.

O bildirib ki, səfirlik bununla bağlı araşdırma edir:

“Burda yaşayan azərbaycanlılar heç bir fərq qoymadan bizlərə kömək edirlər. Çünki onlar 2020-ci ildə bu dəhşəti görüblər. Burada yaşayan azərbaycanlılardan kimin nəyə gücü çatırsa, kömək edirlər. Azərbaycanlılar arasında geri qayıtmaq istəyən yoxdur”.

HƏMAS-ın İsrailin hər yerinə raketlər atmağa davam etdiyini deyən ravvin: “Gündəlik olaraq sığınacaqlara getməyə məcbur qalırıq. HƏMAS burada adətən məscidlərə, yaşayış binalarına, xəstəxanalara raketlər atır. Biz qarşı tərəfin uşaqlardan istifadə etdiyini görürük. Bununla da onlar dünyanı İsrailə qarşı çevirmək istəyirlər”, – deyə əlavə edib.

Qeyd edək ki, HƏMAS-ın İsrailə hücumu ilə başlayan toqquşma 5-ci ayına yaxınlaşır. HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan Azərbaycanəsilli şəxslər də var. Belə ki, son məlumatlara görə, onların sayı 8 nəfərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki