image-qanunla-reklam
image-1777113305_ba8a6fea978d6d03bb9ee6b7645a2f66

Azərbaycan–Ukrayna əməkdaşlığında yeni mərhələ: hərbi-texniki sahədə perspektivlər

image-lady-day-az

Azərbaycan–Ukrayna əməkdaşlığında yeni mərhələ: hərbi-texniki sahədə perspektivlər

Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlıq münasibətləri son illərdə daha da dərinləşərək yeni istiqamətlər üzrə inkişaf edir. Bu əməkdaşlığın mühüm sahələrindən biri də hərbi-texniki əlaqələrdir. Aparılan son müzakirələr göstərir ki, bu istiqamətdə böyük potensial və geniş perspektivlər mövcuddur. Hər iki ölkədə hərbi sənaye kompleksinin sürətlə inkişaf etməsi birgə istehsal imkanlarını artırır. Azərbaycanın və Ukraynanın bu sahədə malik olduğu təcrübə və texnoloji imkanlar qarşılıqlı şəkildə tamamlayıcı xarakter daşıyır. Bu baxımdan, yalnız hərbi sahədə deyil, ümumilikdə sənaye sektorunda birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin formalaşıb. Tərəflər arasında bu mövzuda aparılan ətraflı fikir mübadiləsi gələcək əməkdaşlığın konkret istiqamətlər üzrə genişlənəcəyini göstərir.

İkitərəfli münasibətlərin dinamik inkişafını təsdiqləyən mühüm göstəricilərdən biri də yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyidir. Son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi əlaqələrin nə qədər fəal və davamlı olduğunu nümayiş etdirir. Bu görüşlərdən sonuncusunun iki ay əvvəl Münxen şəhərində baş tutması dialoqun fasiləsiz xarakter daşıdığını bir daha sübut edir. Azərbaycan və Ukrayna münasibətlərinin əsasında qarşılıqlı hörmət və maraqların təmin olunması prinsipləri dayanır. Bu yanaşma tərəfdaşlığın möhkəmlənməsində və yeni əməkdaşlıq istiqamətlərinin açılmasında əsas rol oynayır. Bugünkü səfər və keçirilən müzakirələr də göstərir ki, tərəflər mövcud əlaqələri daha da genişləndirməkdə qərarlıdır. Azərbaycan–Ukrayna dostluq münasibətləri təkcə siyasi sahə ilə məhdudlaşmır, həm də iqtisadi, sənaye və hərbi-texniki istiqamətlərdə real əməkdaşlıqla zənginləşir. Mövcud dinamika və qarşılıqlı iradə bu tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə və regionda mühüm rol oynayacağına əminlik yaradır.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki