Arşak Karapetyan mənim vəzifədə olduğum müddətdə və bəlkə də üçüncü respublikanın tarixində ən qısa müddətdə xidmət edən müdafiə naziri olub.
Qanunla.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
Paşinyan müdafiə nazirini niyə işdən çıxardığını açıqlayıb: “Həmin dövrdə Baş Qərargah rəisinin birinci müavini olanda 2021-ci ilin may hadisələri baş verib, daha sonra 2021-ci ilin noyabr hadisələri baş verəndə müdafiə naziri olub. Mən onu işdən uzaqlaşdırmaq qərarına gəldim, hansı səbəbdən deyim: 2021-ci il noyabrın 14-də səhər Arşak Karapetyan mənə məlumat verdi ki, sərhəd boyunca hər şey sakit və dincdir, halbuki hesabatını verərkən bir sıra ərazilərdə Azərbaycan qoşunları mövqelər tutmuşdular. Və o, müdafiə naziri olduğu üçün ya bundan xəbəri olmayıb, ya da olsa da, mənə hesabat verməyib, belə vəziyyətlərdə kiminsə yarım saat belə o vəzifədə qalmasına icazə vermərəm”.