image-qanunla-reklam
image-18327477

Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır

image-lady-day-az

Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və nüfuzu günü-gündən artmaqdadır. Yürüdülən müstəqil və milli maraqlara söykənən dövlət siyasəti bu məsələdə əhəmiyyətli rol oynayır. Beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti olaraq Azərbaycan özünün xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəfli maraqlara əsaslanan əməkdaşlığa və çoxvektorlu yaxın əlaqələrə əsaslanır. Bu gün ölkəmiz ilə dünyanın əksər dövlətləri və təşkilatları arasındakı münasibətlər məhz bu müstəvidə tənzimlənir, hüquqi çərçivəsini müəyyənləşdirir. Eyni zamanda, Azərbaycan hər zaman münasibətlərin inkişafında ən mühüm detal olaraq səmimi münasibətlərə üstünlük verir. Ölkəmizin yürütdüyü dövlət siyasətində qonşu ölkələrlə əlaqələrin inkişafı xüsusi yer tutur. Azərbaycan hər zaman öz qonşuları ilə əlaqələrin möhkəmləndirməsi, daha da yaxınlaşdırılması istiqamətində fəaliyyət göstərir. Yerləşdiyimiz Cənubi Qafqaz regionu geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Bu amil həm də həyati əhəmiyyət kəsb etməkdədir. Azərbaycan hüquqi dövlət olaraq müstəqillik əldə etdikdən sonra ilk növbədə qonşuları ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və dostluq mühitində yaşamaq prinsiplərini elan etdi. Bu prinsiplərə söykənərək Azərbaycan dövləti bütün qonşuları ilə sülh və dostluq şəraitində yaşamaq yolunu tutub. Təəssüf ki, ölkəmizin yürütdüyü bu səmimi siyasətə bəzən layiqli şəkildə qarşılıq verilmir. Ermənistanın regionda yaratdığı qeyri-stabil mühit, təhlükəsizliyin təhdid olunması buna misaldır. Cənubi Qafqazda erməni əhalisi ilə Azərbaycan cəmiyyəti arasında inteqrasiyanın baş tutması, nəticə etibarilə erməni havadarlarının regiondakı təsir alətlərinin itirilməsinə gətirib çıxara bilər ki, bu da erməni lobbisinin və erməni havadarlarının istəmədiyi bir ssenaridir.
Prezident İlham Əliyev 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı çıxışında qeyd etmişdir: “Bütün oyunlara son qoyulmalıdır və sülh sazişi imzalanmalıdır. Ermənistanın baş naziri 6 saata Qranadaya uçur, orada Azərbaycansız Azərbaycanın müzakirə edildiyi mənasız görüşdə iştirak edir, amma 2-3 saata Bişkekə uça bilmir, onun mühüm işləri varmış. Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşmasına hazırdır. Sülh sazişi üzərində işi davam etdirməyə hazırıq. Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqlar alternativ ola bilər. Bütün digər təkliflər həqiqətə, haqlı mövqeyə və beynəlxalq hüquqa münasibəti nəzərə alınmaqla ölkəmiz tərəfindən təhlil ediləcək.”
Bu gün Azərbaycanın Ermənistandan başqa digər qonşuları ilə münasibətləri yüksək səviyyədədir. Rusiya da Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. İki ölkə arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir və bununla yanaşı, iki ölkə arasında mədəni əlaqələrin qurulmasında mühüm rol oynayırlar. Bu gün Azərbaycanın çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə münasibətləri günü-gündən inkişaf edir. Ermənistanın hər hansı revanş cəhdi uğursuzluğa məhkumdur. İrəvanın işğalçı siyasətinə son qoyan Azərbaycanın regionda yaratdığı yeni reallıq dəyişməzdir. Uzun illər talan edilmiş Ermənistan ordusundan heç nə qalmayıb, və o, bərpa olunmayacaq. Azərbaycanın səyləri sayəsində isə kommunikasiyalar tezliklə açılacaq və bu, Ermənistanın iqtisadiyyatı, rüşvətxor məmurların xəstə ambisiyaları uğrunda daim müharibə aparmaqdan yorulan vətəndaşları üçün çoxdan gözlənilən stimula çevriləcək. Ermənistan nə qədər erməni diasporasının təyin etdiyi yol ilə getsə, bir o qədər tez bu gün “dövlətçilik” və “müstəqillik” adlandırdığı şeyləri itirəcək. Onlar üçün parlaq gələcəyi revanşizm və nifrət deyil, regiondakı yeni reallıq təmin edəcək.

 

Elşad Xəlilov,
Salyan Peşə liseyinin direktor əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki