image-qanunla-reklam
image-632c149a33efd

AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib

image-lady-day-az

AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib

AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirib və “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatlıq ifadə edib. Hələ o zaman Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib:

“Qərb Azərbaycanın AŞPA ilə bağlı addımını gözləmirdi. Qərb heç cür ölkəmizin bu addımını qəbul edə bilməyəcək.

AŞPA Azərbaycana qarşı qərəzli və riyakar mövqe yürüdür. Azərbaycanı ittiham edirlər ki, guya Azərbaycanda insan hüquqları pozulur, jurnalistlərə və siyasi fəallara qarşı təzyiqlər edilir, seçkilərin keçirilməsində pozuntular müşahidə olunur. Sözsüz ki, AŞPA-nın anti-Azərbaycan kampaniyasında Fransanın rolu var. Avropa ölkələri yaxşı olardı ki, gedib özlərinin daxilindəki problemləri həll etsin. Həmin ölkələrin özlərində demokratiya ilə bağlı problemlər var, bu ölkələrdə xəstə və çürük bir cəmiyyət formalaşıb. Ona görə də AŞPA, ümumilikdə Qərb cəmiyyəti Azərbaycan üçün nümunə ola bilməz. AŞPA-dakılar Azərbaycana təzyiq edirlər ki, rəsmi Bakı onların dediklərinə əməl etsin, onların əlində siyasi alətə çevrilsin. Azərbaycan imkan verməz ki, başqa ölkələr və təşkilatlar onun taleyini müəyyən etsin. Azərbaycanın bu addımını düzgün qiymətləndirirəm. Bundan sonra AŞPA öz siyasi xəttində və mövqeyində dəyişiklik etməsə, Azərbaycana qarşı əsassız və hüquqi əsası olmayan ittihamları davam etdirsə, Azərbaycan həmin təşkilatda öz fəaliyyətini bərpa etməyəcək”.

 

Zeynalov Ceyhun

Saatlı şəhər Bülbül adına UMM-nin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki