image-qanunla-reklam
image-resize

Antiterror əməliyyatı cəmi 23 saat davam etdi

image-lady-day-az

Antiterror əməliyyatı cəmi 23 saat davam etdi.

2023-cü il sentyabrın 19-da Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri Xocavənd rayonunda minalardan istifadə etməklə diversiya hücumları törətmiş oldular. Nəticədə 4 polis, 2 mülki şəxs, 6 nəfər azərbaycanlı qətlə yetirildi. Erməni hərbi birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində 2 hərbi qulluqçu yaralandı. Ermənistanın hədəfi yenidən güc tətbiq etməklə Azərbaycanın ərazilərini nəzarət altında saxlamaq və ərazi iddialarını davam etdirmək idi. Bunları nəzərə alan Azərbaycan Ordusu Qarabağda Azərbaycanın Konstitusiya quruluşunun bərpası üçün lokal antiterror tədbirlərini həyata keçirməyə məcbur oldu. Keçirilən antiterror tədbirlər haqqında Rusiya sülhməramlı kontingentinin komandanlığını və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyini məlumatlandırdı. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alıb, ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar tutmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqelərini və uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini və hərbi təyinatlı obyektlərini yüksək dəqiqliklə silahların tətbiqi ilə sıradan çıxartdı. Azərbaycan öz ərazisində gələcək faciələrin qarşısını almaq  məqsədi üçün antiterror əməliyyatını həyata keçirməli idi. Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda yerləşməsi ən böyük təhlükə idi. Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistana müharibə deyil, ölkəmizdə olan və ərazi bütövlüyünü təhdid edən qeyri-qanuni erməni silahlı birləşmələrinin qarşısının alınması idi. Təxminən, 10 min nəfər olduğu güman edilən və Ermənistanın maliyyələşdirdiyi bu qeyri-qanuni birləşmələr bölgədəki insanların, mülki ermənilərin əmlak və həyat təhlükəsizliyini təhdid edirdi. Azərbaycana qarşı cinayətlər törədirdi. 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişdilər. Prezident İlham Əliyevin haqlı və ədalətli mövqeyini dəstəkləyən Bəyantda qeyd olunmuşdur ki, Azərbaycan dövlətinin Ermənistana doğru uzanmış sülh əli hər dəfə geri qaytarılmış və bunun qarşılığında Ermənistanın, onun dünyadakı məkrli havadarlarının Azərbaycana qarşı qarayaxma kampaniyası baş qaldırmışdır. Azərbaycan dövlətinin dəfələrlə üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Odur ki, antiterror tədbirlərin görülməsi qaçılmaz idi. Azərbaycanın Qarabağda keçirdiyi antiterror əməliyyatı sonda uğurla yekunlaşdı. Düşmən ağ bayraq qaldırdı. Azərbaycan çoxdan gözlədiyi ədaləti yenidən öz gücü sayəsində bərpa etmiş oldu.

Gənclər və idman sektorunun əməkdaşı – Ehtiram Osmanov

 

 

Dünya sürətlə dəyişir

14 mart 2024-cü il  tarixində Bakı şəhərində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədədir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin potensialı, iştirakçıların siyahısı baxımından həqiqətən də görürük ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. Yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Geosiyasi dəyişikliklər baş verir. Ona görə də qlobal əhəmiyyət kəsb edən məsələlərin həlli üçün bu gün dünyanın həqiqətən də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, biliyinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var.Biz “Parçalanmış dünyanın bərpası” adı altında görüşürük. Dünya həqiqətən parçalanıb, hər yerdə ciddi çağırışlar var. Əslində, biz təhlükənin hökm sürdüyü vaxtda görüşürük. Lakin bizim görüş, həmçinin vədlər dövrünə də təsadüf edir. Təhdidlər ətrafdadır, yeni dünya düzəni yarandığı bir dövrdə böyük güclər formalaşmış düzənin quruluşunu parçalayır, mövcud sülh və təhlükəsizlik qaydalarının dəyişdirilməsi prosesinə cəlb olunurlar. Yenidən ayağa qalxan Rusiya BMT Baş Assambleyasının çağırışlarına məhəl qoymayaraq Ukraynada dağıdıcı müharibəyə başlayıb. Oktyabrın 7-də HƏMAS-ın törətdiyi dəhşətli hücumdan sonra Qəzzadakı müharibəyə gəldikdə, dünya qəti şəkildə humanitar xarakterli atəşkəsi tələb edir. Lakin ondan imtina edən İsrail ABŞ tərəfindən dəstəklənir.Münaqişələr Afrikanın bir çox hissəsini caynağına alıb. Haiti xaos doğuran zorakılıq məngənəsinə düşüb. Cinayətkarlıq, zorakılıq əksər Latın Amerikası ölkələrində bəlaya çevrilib. Dünyanın çox hissəsində müharibələr gedir. Dövlətlərdə sabit milli idarəçiliyi sual altına qoyan və hər hansı immiqrasiya növünə mənfi təsir edən etnik, dini və siyasi ayırıcı xətlər bir çox qatları təşkil edir. Bu, hazırda qaçqınların və məcburi köçkünlərin sayının hətta 100 milyonu keçdiyi halda baş verir. Nəhəng Amerikanın böyük kölgəsi göstərir ki, onun dərindən parçalanmış siyasəti ayırıcı xətlərin daim yenidən çəkilməsi ilə müşayiət olunan tektonik platformalardan ibarət bu dünyada hər hansı ardıcıl iştiraka olan inamı sarsıdır. Bununla yanaşı, gücü artan Çin formalaşan yeni dünya düzənində haqlı olaraq əsas rol oynamağa çalışır.Dünya özünün qəbul etdiyi dayanıqlı inkişaf yolunda uğursuz olmaqla yanaşı, təhdidlər də artır. İqlim dəyişmələri, biomüxtəlifliyin pozulmasından tutmuş qiymətli su ehtiyatlarının qeyri-düzgün idarə olunmasına qədər qlobal çağırışlar bütün bəşəriyyəti əhatə edir. Dünyanı bürümüş pandemiyadan yenicə çıxdığımız dövrdə növbəti belə hadisəyə hazır olmaq üçün heç bir dərs götürmədik. Qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Lakin biz, eyni zamanda, elm, texnologiya və innovasiya sahələrində inanılmaz inqilabın astanasındayıq. Süni zəka hazırda hər şeyə təsir göstərir. O, bütün sahələrdə innovasiya tempini sürətləndirir və bütün növ mürəkkəb problemlərin həllinə yardım edir. İKT inqilabı yeni biologiya sahəsində yeni inqilabla müşayiət olunur. Elmə, texnologiyaya, innovasiyaya yönələn yeniləşmə prosesi elmin perspektivlərini qavramağa, konkret olaraq xəstəliklərin müalicəsi, aclığa qarşı mübarizə, təbiətə ahəngdar olacaq inkişafımızın yenidən müəyyən edilməsi, layiqli iş yerləri, özünüifadə üçün miqyasın yaradılması kimi məsələləri anlamağa yardım edir. Biz həmin eyni texnologiyaların təkcə dağıdıcı və məhvedici tərəflərinə diqqət yetirməli deyilik. Qlobal Bakı Forumu məxsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəyləri söyləyən tanınmış insanları bir araya gətirən unikal azadlıq məkanıdır və orada onlar təhdidləri azaltmaq və vədləri həyata keçirmək üçün bütün həmin məsələlərlə bağlı öz fikirlərini ifadə edə bilərlər. Bütün bu və ya digər məsələləri müzakirə etmək, söhbətlərdə ümumbəşəri dəyərlərə sadiq olmaq, arqumentlərdə rasionallığı göstərmək üçün imkan yaranır və onlar öz müdrikliklərinə əsaslanaraq bilik və təcrübələrini təsdiq edirlər. Ümid edirik ki, həmin müzakirələrin nəticələri təhlillərə imkan yaradacaq və BMT-nin qarşıdan gələn sammitini və bu ilin sonunda COP29 görüşlərindəki müzakirələri zənginləşdirəcək.

  Gənclər və idman sektorunun əməkdaşı -Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki