image-qanunla-reklam
image-1696342541_yangin

Ağdaşda tövlə yandı – Mal-qara tələf oldu

image-lady-day-az

Ağdaşda tövlə yanıb, tövlədə olan iribuynuzlu heyvanlar və ev quşları yanaraq tələf olub.

Qanunla.Az xəbər verir ki, yanğın Ağdaş rayon Güvəkənd kəndində, kənd sakini 1976-cı il təvəllüdlü Baxışov Tahir Məhəmməd oğluna məxsus mal tövləsində baş verib. Yanğın yerinə  Ağdaş rayon DYMH-nin texnikaları cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 120 k/ m olan mal tövləsinin yanar konstruksiyaları, tövlədə olan 3 ədəd iri buynuzlu heyvan və 200 ədəd ev quşları yanaraq  tələf olub. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki