image-qanunla-reklam
image-miq-31

ABŞ Rusiyanın hava məkanını pozmaq istədi, MiQ-31 havalandı

image-lady-day-az

ABŞ-a məxsus 2 ədəd B-1B tipli strateji bombardmançı təyyarəsi Rusiya hava məkanını pozmaq istəyib.

Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya tərəfindən hər hansı pozuntunun qarşısını almaq üçün MiQ-31 döyüş təyyarəsi əraziyə göndərilib. MiQ-31 qırıcısını görən strateji bombardmançı təyyarələr uçuş marşrutlarını tənzimləyərək bölgədən uzaqlaşıblar. Rusiyanın dövlət sərhədi pozulmayıb. Rusiya döyüş təyyarəsinin manevrləri neytral sular üzərində hava məkanından istifadəyə dair beynəlxalq qaydalara tam uyğun və təhlükəsizlik tədbirlərinə riayət edilməklə həyata keçirilib”, – məlumatda bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki