image-qanunla-reklam
image-amerika

ABŞ Qafqaza müdaxiləni dayandırmasa… – Karden

image-lady-day-az

ABŞ həqiqətən də Ermənistanı xoşbəxt gələcəklə təmin etmək istəyirsə, Qafqaza müdaxiləni dayandırmalıdır.

Qanunla.Az xəbər verir ki, bu sözləri amerikalı keçmiş diplomat Ceyms Karden “Amerikan Konservativ” (The American Conservative) jurnalında yazıb.

O qeyd edib ki, ABŞ regiona əlavə müdaxilədən çəkinməli, postsovet məkanına vurulan zərəri məhdudlaşdırmalıdır:

“İrəvanın Avropa Birliyi (AB) və ABŞ-la münasibətləri gücləndirmək istəyinə baxmayaraq, növbəti dörd il ərzində Ermənistana 270 milyon dollar qrant ayrılması barədə razılaşma ekspertləri heyran etmədi”.

O, İrəvan-Brüssel-Vaşinqton arasında yaxınlaşmanı son dərəcə təhlükəli adlandırıb.

Ekspert həmçinin Paşinyan hökumətini Qərbin inteqrasiyası ilə bağlı yalan vədlərə inanan Ukrayna və Gürcüstanın təcrübəsini nəzərə almağa çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki