image-qanunla-reklam
image-1708713865-split-image-of-sophia-hayden-wearing-sweaters-and-sitting-next-to-sweater-pile_tcm55-764900

45 sviter geyinib Ginnesin Rekordlar Kitabına düşdü – VİDEO

image-lady-day-az

Vaşinqtondan olan Sofiya Hayden 45 sviter geyinərək Ginnesin Rekordlar Kitabına düşüb. 

Qanunla.Az xəbər verir ki, o, 2022-ci ildə 40 sviterə sığmağı bacaran 11 yaşlı fransız Tomas Oke-Umambonun rekordunu qırıb.

Rekord vurduqdan sonra Sofiya bütün istifadə edilən sviterləri xeyriyyəçilik məqsədilə bağışlayıb.

Qeyd edək ki, qaydalara əsasən növbəti sviterə keçməzdən əvvəl Sofiya onların hər birini belinə qədər aşağı çəkməli idi.

O, sviterlərin heç birinin cırılmamasını da təmin etməli idi, çünki zədələnmiş sviterlər onun sayına aid edilmir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki