image-qanunla-reklam
image-1703448244-media-qurban-qurbanov-1-rg0avf-jpg

“2023-cü il bizim üçün uğurlu oldu” – Qurban Qurbanov

image-lady-day-az

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Qanunla.Az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Dinamik, səbrli oyunla qalib gəldilər. Tempi qoruyub-saxlamaq heç də asan deyil. Rəşad Sadıqov bu oyuna çox yaxşı hazırlaşmışdı. “Zirə” çəkinmədi, müdafiədə oturmadı. Bizim üçün heç də asan olmadı. İkinci hissənin sonlarına yaxın “Zirə” üstünlüyü ələ aldı.

Futbolçular bir neçə gün rahat istirahət edə bilərlər. Onlar üçün darıxacam. Futbolçuların mənim üçün darıxacaqlarını bilmirəm. Yanvarın 5-də yenidən görüşəcəyik. İstirahət üçün vaxtım az olacaq. 2-3 gündən sonra iş başında olacam. Çünki yanvardan sonra proqramımız daha sıx olacaq. Yaxşı plan üzrə ikinci yarıya hazır olmalıyıq. İşimiz çoxdur. Xaricə gedib vaxt itirmək istəmirdik. Məncə, problem olmayacaq. Komanda uzun müddət istirahətdə olmayacaq. Vaxtımız çox olanda ölkə xaricinə gedirdik. Çempionatın əvvəlindən formamızı daha da yaxşılaşdırmağa çalışacağıq.

2023-cü il uğurlu keçdi. Məqsədimiz çempionatda uğurlu çıxış etmək idi. Şükürlər olsun ki, Premyer Liqada çempion olduq. Çempionlar Liqasının qrupuna düşməsək də, Avropa Liqasında yaxşı mövsüm keçirdik. Çətinliklər oldu. Gözləntilər çox idi. Digər klublarımız məğlub oldu, ona görə bütün diqqətlər bizim üzərimizdə idi. Amma futbolçularım yaxşı çıxış etdilər. Ölkə kubokunda mübarizəmizə davam edirik. Xankəndidə olmaq, orda oyun keçirmək ilə damğa vurdu. Əziyyət çəkdik, sonda da gedib orda da oyun keçirdik. İnşallah, bundan sonra ölkəmizdə sakitlik olar və düşmən bizə heç bir təsir göstərə bilməz.

Danışıq apardığımız futbolçular var. Nə dərəcədə uğurlu olacaq onu bilmirəm. Bizim futbolçularla da maraqlanan komandalar var, amma ciddi təklif yoxdur. Çalışırıq ki, bu məsələləri ikitərəfli yoluna qoyaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki