image-qanunla-reklam
image-323150620_553200746752056_5212491665473523547_n

Zərdabda Vətən müharibəsi Şəhidinin ad günü qeyd edildi-FOTO

image-lady-day-az

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Faiq Bayraməli oğlu Vəlizadənin ad günü şəhidin məzarı önündə və evində, rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudova, İcra Aparatının məsul şəxsləri Zinhar Bayramov, Nicat Umudov, YAP Zərdab Rayon Təşkilatının sədr müavini Ramo Hacıyev , SHXÇDX-nin Zərdab rayon şöbəsinin əməkdaşı Məhəmməd Atakişiyev, Gənclər və idman idarəsinin rəis müavini Əvəz Soltanov ,Gənclər evinin əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri, ağsaqqallar və dindarlarla birlikdə qeyd olundu.

Qanunla.Az xəbər verir ki, əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Rayon İcra Hakimiyyəti başçısının müavini şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir.
O, şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirmişdir.

Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu.
Şəhidin anası bu gün şəhid oğlunun ad günündə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından təşəkkürünü bildirdi.

Vüqar Rəhimov

image-327082946_1301880497040533_8829810021395608745_nimage-328561958_1171807007040117_605515862916581370_nimage-323150620_553200746752056_5212491665473523547_nimage-327707872_1325012161622730_2302985023605466372_nimage-328344976_1219729032272023_926140142449152077_nimage-328680693_569822948115712_3286454050554086798_nimage-327758431_3409847625952937_2889383237889264883_nimage-328106500_1433366544099109_4836188692977728215_nimage-327080647_1350619275695761_8528310961674217806_nimage-328100636_502606758688422_7157933473048875592_nimage-327886980_509459547985326_8508344997579633261_nimage-326989455_1251944372085452_8571329255839403016_nimage-328153892_575491554445904_3644722195769019536_nimage-328029661_727744938843232_2962492512890920344_nimage-328103091_1226356181628996_5834351310935545672_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki