image-qanunla-reklam
image-316257183_2432945183529714_5543431141370493538_n

Zərdabda Vətən müharibəsi şəhidi Anar Məmmədzadənin ildönümü qeyd olunub-FOTO

image-lady-day-az
Vətən müharibəsi şəhidi Anar Məmmədzadənin  ildönümü qeyd olunub.
Qanunla.Az xəbər verir ki, anım mərasimində Rayon icra hakimiyyəti başçısının müavinləri, YAP-nın Zərdab rayon təşkilatının sədr müavini, İcra Aparatının məsul şəxsləri, Təhsil sektorunun müdiri, SHXÇDX-nın Zərdab rayon şöbəsinin rəis müavini, Gənclər və idman idarəsinin rəisi, Gənclər evinin direktoru, könüllülər, MKS-nin direktoru, idarə və təşkilatların rəhbərləri və şəhid ailələri şəhidin məzarını ziyarət etmiş önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Şəhidlərin ruhlarına dualar oxunulub.
Rayon icra hakimiyyətinin başçısı adından şəhidin ailəsinə başsağlığı verilib.
Şəhidin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Məmmədzadə Anar Nazim oğlu 1999-cı ilin avqust ayının 3-də Zərdab şəhərində anadan olmuşdur. 2006-2017-ci illərdə H.Zərdabi adına Zərdab şəhər 1 saylı məktəb-liseydə orta təhsil almışdı. 2017-ci ildə Azərbaycan Texnologiya Universitetinə qəbul olmuş, 2019-cı ildə ali təhsilini müvəqqəti dayandıraraq hərbi xidmətə getmək istədiyini bildirmiş və 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yollanmışdır.

27 sentyabr 2020-ci il tarixdə başlayan Vətən müharibəsində döyüşə atılmış, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Bayraq sənin üçün nədir? – deyə sual verən müxbirə “Bayraq mənim üçün namusdur” cavabını verən Anar ana torpağa həmin bayrağa bükülmüş şəkildə tapşırıldı. 19 noyabr 2020-ci ildə Gəlmə kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə ”Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif olunub.
olsun.
Allah rəhmət eləsin!
Qanunla.Az  Vüqar Rəhimov 
image-316081106_2432943700196529_8778810624540106622_nimage-316056347_2432943870196512_3333956540499755497_nimage-316200561_2432944133529819_3030839006845727362_nimage-315691125_2432944293529803_503655718767869342_nimage-315439543_2432944350196464_7399918521291371292_nimage-316236006_2432944520196447_2237223637508170356_nimage-316035855_2432944636863102_2623596524098736748_nimage-316151836_2432944773529755_4806318192365712848_nimage-315755336_2432944920196407_5266512375138737561_nimage-316257183_2432945183529714_5543431141370493538_nimage-316058017_2432945226863043_4658403875312268731_nimage-315854091_2432945410196358_5384388610638036007_nimage-316154542_2432945533529679_4468382120587913098_nimage-316006664_2432945973529635_1603598236055446026_nimage-315750592_2432946346862931_2034669988701939363_nimage-315781484_2432946483529584_1571330022073542887_nimage-315963734_2432947056862860_6213837307985737895_nimage-315912870_2432948503529382_5348000859323005680_nimage-315998410_2432948643529368_4476761658520732344_nimage-316043330_2432948740196025_3863266551756530556_nimage-315657965_2432949003529332_3210670808884240538_nimage-315759119_2432949123529320_1212724045665720880_nimage-316297818_2432949476862618_78868976474875947_nimage-315901559_2433007926856773_6034641453116162238_n-1image-315644351_2433009370189962_7851307884348307014_nimage-316179631_2433009190189980_5547890451517454299_nimage-315757512_2433009296856636_2405818975626261016_nimage-316109599_2433009413523291_2687005589257134295_nimage-315647946_2433008956856670_1117669863177411240_nimage-316128713_2433009473523285_1484319083325064911_nimage-316049649_2433009503523282_9054598741979851231_nimage-316111553_2433010783523154_547933094861583864_nimage-315587954_2433010873523145_2010564689909689181_nimage-316040560_2433010553523177_4524195495287543464_nimage-316141309_2433010060189893_1679254435095137490_nimage-315849985_2433009693523263_7698946939518947932_nimage-315710954_2433010143523218_2953126025754177505_n

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki